• Təqvim

  • Maraq



“Heydər Əliyev İli” çərçivəsində “Təhsil millətin gələcəyidir” mövzusunda tədbir keçirilib


Respublika Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023- cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilmişdir. Dahi şəxsiyyət, dünya şöhrətli siyasətçi, müasir və müstəqil Azərbaycanın memarı Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar elan edilmiş “Heydər Əliyev İli” çərçivəsində respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da silsilə tədbirlər keçirilir. 

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar tədbirlər proqramına uyğun olaraq, Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Təhsil millətin gələcəyidir” mövzusunda tədbir keçirilib.  

Qazax Gənclər Evində keçirilən tədbirdə Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək rəhbərləri və üzvləri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər. 

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla anılıb.


Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Gövhər Rəhimova çıxış edərək XX əsr Azərbaycan tarixinin fenomen şəxsiyyəti, dünyamiqyaslı ictimai-siyasi xadim Ümummilli Lider Heydər Əliyevin bütün həyatını xalqının nicatına həsr etdiyini, müasir Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını yaratdığını, dövlət müstəqilliyinin daimi və dönməz olmasını təmin etdiyini bildirib. Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu söyləyib. Bütün sahələrə, o cümlədən elm və təhsilə diqqət və qayğının daha da artırıldığını vurğulayıb. Dahi şəxsiyyətin Azərbaycanın tərəqqisinin yeganə yolunun məhz xalqın yüksək təhsil almasında, maariflənməsində, fundamental və humanitar elmlərə mühüm əhəmiyyət verilməsində gördüyünü qeyd edib. G.Rəhimova Ulu Öndərin səsləndirdiyi “Təhsil millətin gələcəyidir. Mən dünyada müəllimdən yüksək ad tanımıram. Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq” kimi dəyərli kəlamlarını xatırlayaraq həmin fikirləri təhsil işçilərinin bu gün də yüksək qiymətləndirdiklərini, fəxrlə söylədiklərini vurğulayıb. “Heydər Əliyev İli” çərçivəsində keçirilən tədbirlərin əhəmiyyətindən danışan G.Rəhimova Ulu Öndərin mənalı ömür yolunun hər anını, hər səhifəsini bugünkü və gələcək nəsillərə çatdırmaq üçün Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin kollektivi olaraq bundan sonra da böyük səylə çalışmalı olduqlarını söyləyib. Bugünkü tədbirin də məhz bu məqsədə xidmət etdiyini iştirakçıların diqqətinə çatdırıb. 

Sonra Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndirib, kompozisiyalar təqdim ediblər.




Facebook-da paylaş