• Təqvim

  • Maraq



BDU-nun Qazax filialında “Heydər Əliyev İli” ilə ələqadar ağacəkmə aksiyası keçirilib


Respublika Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar respublikamızın hər yerində olduğu kimi, Bakı Dövlət Universitetinin Qazax filialında da silsilə tədbirlər həyata keçirilir.

Həmin tədbirlərin davamı olaraq “Heydər Əliyev İli” çərçivəsində BDU-nun Qazax filialında ağacəkmə aksiyası keçirilib.

Ümummilli Liderin anadan olmasının 100 illiyinə həsr olunmuş Tədbirlər Planına uyğun olaraq keçirilən ağacəkmə aksiyasında filialın direktoru Arif Rüstəmov, professor-müəllim heyəti, tələbələr iştirak edib.

Aksiyanın məqsədi ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, yaşıllaşdırma ənənələri irsini davam etdirmək, gənclər arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdən ibarət olub. 

Filialın ərazisində keçirilən aksiyada 100 ədəd eldar şamı əkilib.    

Aksiya həyata keçirilən günü həmçinin ərazidə təmizlik-abadlıq işləri aparılıb, sahə alaq otlarından təmizlənib, yeni əkilən ağaclar suvarılıb, ərazidə olan ağaclara isə aqrotexniki qaydada qulluq göstərilib.

BDU-nun Qazax filialı



Facebook-da paylaş