• Təqvim

  • Maraq



BDU-nun Qazax filialında gənclər arasında sahibkarlığın təbliği ilə bağlı tədbir keçirilib


Bakı Dövlət Universitetinin Qazax filialında “Gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, gənclərin bu istiqamətdə maarifləndirilməsi” layihəsi çərçivəsində tədbir keçirilib. 

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, "Azərbaycan Gənc Marketoloq - Reklamçılar” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə filialın tələbələri iştirak edib.

İctimai Birliyin sədri Hafiz Əzəmmədov öz çıxışında tədbir iştirakçılarını salamlayaraq görüşün təşkil edilməsinə görə filialın rəhbərliyinə minnətdarlığını bildirib, sahibkarlığın gənclər arasında təbliğ olunması ilə bağlı birlik tərəfindən həyata keçirilən layihələrdən söz açıb.

Sonra təlimçi Rəşad Əhmədov tədbir iştirakçılarına layihənin aktuallığı, məqsəd və vəzifələri haqqında geniş məlumat verib. Bildirib ki, bu gün ölkəmizdə istər sahibkarlara, istərsə də iş adamlarına böyük dəstək göstərilir. Sevindirici hal isə odur ki, bu dəstək bölgələrimizdə də geniş şəkildə hiss olunur. Sahibkarlar və iş adamları üçün dövlət tərəfindən yaradılan yüksək şərait gənclərin də bu sahəyə marağını artırır, onların gələcəkdə sahibkarlıqla məşğul olmalarına güclü təkan verir.

Filialın tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qasım Əliyev çıxış edərək qonaqları salamlayıb, həyata keçirdikləri maarifləndirici tədbirə görə filialın rəhbərliyi adından onlara minnətdarlığını bildirib. Qeyd edib ki,  gənclərin sahibkarlıq sahəsi ilə bağlı daha dərin biliklərə yiyələnmələri üçün bu cür layihələrin keçirilməsinin böyük əhəmiyyəti vardır.

Tədbirdə tələbələrə jurnal, üzərində fondun və ictimai birliyin loqosu olan papaq və  köynəklər paylanılıb.

Səmimi diskusiya şəklində keçən tədbirdə tələbələri maraqlandıran suallar da cavablandırılıb.

Elçin İSMAYIL,

BDU Qazax filialının Mətbuat Xidmətinin rəhbəri



Facebook-da paylaş