• Təqvim

  • Maraq



8 Noyabr - Zəfər Günü ərəfəsində Qazax Dövlət Sosial-İqtisadi Kollecin tələbələri bu gün də şəhidlərimizi yad ediblər


8  Noyabr – Zəfər Günü Qazax Dövlət Sosial-İqtisadi Kollecində silsilə tədbirlərlə qeyd olunur.
Kollecin tələbələri hər gün dərsdən sonra 44 günlük Vətən müharibəsində qazanılan Zəfər Günü münasibətilə rayonun müxtəlif yerlərinə ekskursiya edirlər.
Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanını ziyarət edərək igid Vətən oğullarının əziz xatirəsini ehtiramla anırlar.

Qazax Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiya edərək muzeyin 2-ci mərtəbəsində Birinci Qarabağ və 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış guşə ilə tanış olurlar.

Daha sonra tələbələr şəhərin Nəriman Nərimanov küçəsində 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış “Qarabağ Azərbaycandır!” Abidə Kompleksini ziyarət edirlər.

Ziyarət zamanı Azərbaycanın Vətən müharibəsi zamanı möhtəşəm Qələbə qazanmasını, 30 il düşmən işğalı altında qalmış torpaqlarımızın azad edilməsini, ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasını təmin edən şəhidlərimizə sonsuz ehtiram ifadə olunur.

Bəli, noyabrın 8-i Azərbaycan tarixinin şanlı səhifəsinə - Qələbə Günü kimi qızıl hərflərlə yazıldı. Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. 

Bu gün böyük Zəfərə görə xalqımızın Müzəffər Ali Baş Komandanı İlham Əliyev başda olmaqla, rəşadətli ordumuzun əsgər və zabitlərinə, qəhrəman Vətən oğullarına, canlarından keçən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə borclu və minnətdar olmalıyıq.

GOYEZEN.AZ



Facebook-da paylaş