• Təqvim

  • Maraq



BDU-nun Qazax filialında 8 Noyabr - Zəfər Gününə həsr olunmuş sərgi keçirilib


Bakı Dövlət Universitetinin Qazax filialında 8 Noyabr - Zəfər Gününə həsr olunmuş  sərgi keçirilib.

Əl işlərindən və rəsmlərdən ibarət olan sərgidə tələbələr fəal iştirak ediblər.

Tələbələr tərəfindən hazırlanmış əl işlərində və rəsmlərdə rəşadətli Azərbaycan ordusunun qazandığı qələbə, işğaldan azad olunmuş torpaqlarımız, xüsusi olaraq Şuşa şəhəri özünün geniş əksini tapıb.

Sərgidə tələbələrin 32 əl işi və rəsmləri nümayiş olunub. Sərgiyə baxışdan sonra münsiflər heyəti tərəfindən ən yaxşı rəsm və əl işləri müəyyən edilib. 

Naciyə Umudovanın çəkdiyi rəsm münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib. Tələbələrdən Leyla Osmanova və Nigar Kazımovanın çəkdikləri rəsmlər sonrakı yerlərə layiq görülüb. 

Aliyə Ellazova, Ayşən Rzayeva və Sevinc Soltanovanın əl işləri də münsiflər tərəfindən yüksək qiymətləndirilib.

Bakı Dövlət Universiteti Qazax filialının direktoru, dosent Arif Rüstəmov sərgidə fərqlənən tələbələri Fəxri Fərmanlarla təltif edib.

GOYEZEN.AZ



Facebook-da paylaş