• Təqvim

  • Maraq



Milli Məclisin deputatı Səməd Seyidov BDU-nun Qazax filailında “Ustad dərsi” keçib


Oktyabrın 26-da Milli Məclisin deputatı, professor Səməd Seyidov Bakı Dövlət Universitetinin Qazax filialında “Ustad dərsi” silsiləsindən ilk dərs keçib. 

Dərsdə Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, RİH başçısının aparatında Aparıcı məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Kəmalə Cəfərova, millət vəkilinin köməkçisi Akif Əmirov, filialın tədris metodiki şurasının üzvləri, ixtisas müəllimləri və müvafiq ixtisasda təhsil alan tələbələr iştirak edib.

Filialın direktoru Arif Rüstəmov giriş sözü ilə çıxış edərək vaxt ayırıb filialda ustad dərsi keçdiyinə görə Milli Məclisin deputatı, professor Səməd Seyidova müəllim və tələbələr adından öz dərin minnətdarlığını bildirib. 


Sonra “Ustad dərsi” barədə tədbir iştirakçılarına ətraflı məlumat verərək filialda ilk dəfə olaraq bu silsilədən dərs keçirildiyini bildirib. Ustad dərsinin əhəmiyyətindən danışan A.Rüstəmov tələbələrin elmi biliyinin artırılmasında onun mühüm rol oynayacağını qeyd edib.


Milli Məclisin deputatı Səməd Seyidov dəvətə görə minnətdarlıq edərək psixologiya elmi və onun cəmiyyətdə böyük əhəmiyyəti barədə geniş söz açıb. Məruzə ilə çıxış edən S.Seyidov qeyd edib ki, müasir dövrdə psixologiya beynəlxalq aləmdə mühüm rol oynayır və cəmiyyətin formalaşmasına öz təsirini göstərir. Ona görə də bu elmi daha dərindən öyrənmək və gələcək fəaliyyətdə ondan səmərəli istifadə etmək lazımdır. 

Dəyərli fikir və elmi biliklərini bölüşən S.Seyidov tələbələrə öz tövsiyələrini verərək gənclərə təhsildə və gələcək həyatlarında uğurlar arzulayıb.

Maraqlı söhbət əsasında keçən görüşdə tələbələri maraqlandıran suallar cavablandırılıb. 

Milli Məclisin deputatı Səməd Seyidov tədbirin sonunda tələbələrlə xatirə şəkli çəkdirib.

Elçin İSMAYIL,

BDU Qazax filialının Mətbuat Xidmətinin rəhbəri



Facebook-da paylaş