• Təqvim

  • Maraq



BDU-nun Qazax filialında “Məzun günü” keçirilib


İyunun 27-də Bakı Dövlət Universitetinin Qazax filialında "Məzun günü” tədbiri keçirilib. Filialın qarşısında təşkil olunan tədbirdə professor-müəllim heyəti, məzunlar iştirak edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

 

Filialın direktoru, dosent Arif Rüstəmov tədbirdə çıxış edərək əlamətdar gün münasibətilə məzunları, onların valideynlərini təbrik edib, ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından, filialın əldə etdiyi nailiyyətlərdən danışıb. Bakalvr səviyyəsi üzrə 410, magistratura səviyyəsi üzrə isə 11 tələbənin universiteti bitirdiyini qeyd edən A.Rüstəmov məzunların gələcəkdə bacarıqlı bir mütəxəssis kimi ölkəmizin tərəqqisində, cəmiyyətin inkişafında mühüm rol oynayacaqlarına əmin olduğunu bildirib.  

 

Filialın direktor müavini Məmməd Yusifov, dekan Hamlet İlyasov, professor Hüseyn Xəlilov, baş müəllim Mustafa Mustafayev çıxış edərək məzunlara uğurlu yol arzulayıblar.

Filialın Tələbə Gənclər Təşkilatının sədri Pəri İbrahimova məzunlar adından danışaraq onlara bəslənən ümidləri öz əməli işləri ilə doğruldacaqlarını söyləyib, onlara yaradılan yüksək şəraitə görə minnətdarlığını bildirib.

Sonra filialın ictimai-mədəni, kütləvi tədbirlərində, eləcə də təhsildə fərqlənən bir qrup məzuna mükafatlarverilib.

Sonda məzunlar rəngarəng konsert proqramı ilə çıxış ediblər.













 

Filialın Mətbuat Xidməti



Facebook-da paylaş