• Təqvim

  • Maraq



Ali məktəblərə qəbul imtahanında yüksək nəticə göstərən qazaxlı tələbə Prezident təqaüdünə layiq görüldü


Respublika Prezidenti cənab İlham Əliyev təhsil sahəsinə, bu sahədə  yüksək nailiyyət göstərən gənclərə hər zaman xüsusi diqqət və qayğı göstərir. Ölkə başçısının 2021/2022-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında imzaladığı 29 sentyabr 2021-ci il tarixli Sərəncamı da bunun bariz nümunəsidir. Bu gün dövlət başçısı tərəfindən imzalanan bu Sərəncam təqaüdə layiq görülən tələbələrin timsalında bütün gənclərimizə, onların biliyinə verilən yüksək qiymətdir.

Ali məktəblərə qəbul imtahanında 674 bal toplayaraq tələbə adını qazanmış Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin məzunu Həsənov İlham  Babək oğlu da Prezident təqaüdünə layiq görülən tələbələr arasındadır.

Bakı Dövlət Universitetinin hüquq fakültəsinin tələbəsi adını qazanan, ölkə Prezidentinin təqaüdünə layiq görülən qazaxlı gəncimizi biz də təbrik edir, müstəqil Azərbaycanımızın çiçəklənməsi naminə gələcək həyatında uğurlar arzulayırıq.

Cənab Prezident İlham Əliyevə təhsil sahəsinə, gənclərimizə göstərdiyi diqqət və qayğıya görə rayon ictimaiyyəti və ziyalılar adından minnətdarlığımızı bildiririk.

GOYEZEN.AZ



Facebook-da paylaş