Məktəblilərə radikal dini cərəyanlardan danışılıb
"Radikal dini cərəyanlar və onların Azərbaycanda yayılmasına təsir göstərən amillər" mövzusunda Qazax şəhər 1 və 2 saylı tam orta məktəblərdə müəllim və şagirdlərlə görüş-toplantı keçirilib.
Görüş-toplantıları giriş sözü ilə RİHB aparatında ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini, dini qurumlarla işin təşkilatçısı Məhəmnməd Orucov açaraq "Radikal dini cərəyanlar və onların Azərbaycanda yayılmasına təsir göstərən amillər" mövzusunda məruzə ilə çıxış edib. Məruzədə ölkəmizdə dövlət-din münasibətlərinin düzgün qurulması üçün hər cür şəraitin yaradıldığı, Azərbaycanın bütün dünyada tolerant mərkəz kimi tanındığı, dini və etnik mənsubiyyətindən asılı olmayaraq hər kəsin fəaliyyətinin respublika qanunları ilə tənzimləndiyi, həyata keçirilən uğurlu siyasət nəticəsində dini radilakizmin qarşısının alındığı, onun yayılmasına təsir göstərən amillərin aradan qaldırılması sahəsində sistemli, ardıcıl tədbirlərin həyata keçirildiyi, müxtəlif dinlərə etiqad edən insanların mehriban və qarşılıqlı hörmət şəraitində yaşadıqları bildirilib.
Sonra DTX-nin Qazax rayon şöbəsinin rəis müavini Müşfiq Mürsəlov, rayon prokurorunun köməkçisi Nəriman Əsədov, polis şöbəsinin sahə rəisi Ulfan Əhmədov, Qazax Cümə məscidinin imamı Zaur Budaqov, şəhər 1 saylı tam orta məktəbin direktoru Bəsti Ələkbərova, şəhər 2 saylı tam orta məktəbin direktoru Murğuz Mustafayev çıxış ediblər.
Çıxış edən natiqlər diqqəti din pərdəsi altında aparılan münaqişələrə çəkərək bildiriblər ki, dünyada aparıcı güclər din amilindən geosiyası maraqları üçün istifadə edirlər, İslamı siyasiləşdirərək dini qarşıdurma yaratmaqla onu gözdən salmağa yönələn siyasət həyata keçirirlər. Lakin din amilindən siyasi vasitə kimi istifadə olunduğu bir dövrdə Azərbaycan dünyada qlobal təhlükəsizlik məsələlərində töhfə verən bir ölkəyə çevrilir.
Toplantı-görüşdə həmçinin təhlükəli dini cərəyanlar, onların fəaliyyət metodları barədə ətraflı məlumat verilib və hər kəsin diqqətli olmasının zəruriliyi qeyd edilib.
Sonra görüş iştirakçılarını maraqlandıran suallara aydınlıq gətirilib.

GOYEZEN.AZ
Facebook-da paylaş