• Təqvim

  • Unutma

  • Maraq



Qazaxlı məktəblilərin növbəti uğuru


Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmrullayev 2019-2020-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin məzunlarının qızıl və gümüş nişanla təltifi haqqında əmr imzalayıb. 18 sentyabr 2020-ci il F-437 nömrəli əmrə əsasən, ötən tədris ilinin XI sinif məzunlarından 125 nəfər qızıl, 76 nəfər isə gümüş nişanla təltif olunub. 

Sevindirici haldır ki, hər il yüksək göstəriciləri ilə seçilən qazaxlı məktəblilər də qızıl nişanla təltif olunanlar arasındadır. Belə ki, Qaydalara əsasən, ümumi təhsil pilləsini xüsusi nailiyyətlərlə başa vuran builki məzunlarımızdan 2 nəfəri qızıl medala layiq görülüblər.

Səlim Əfəndiyev adına Qazax şəhər 1 nömrəli tam orta məktəbin məzunu Bayramlı Elçin Rövşən oğlu və Səlamət Həsənov adına Bala Çaylı kənd tam orta məktəbin məzunu Quliyeva Günay Sabir qızı qızıl nişanla təltif olunublar. Qeyd edək ki, ali məktəblərə qəbul imtahanlarında Elçin Bayramlı 684 bal (rayon üzrə ən yüksək bal), Günay Quliyeva isə 659 bal toplayıblar.

Biz də öz növbəmizdə hər iki məzunumuzun uğuruna sevinir və ürəkdən təbrik edirik. Gələcək həyatlarında daha böyük uğur və nailiyyətlər qazanmalarını, Qazaxın adını daim uca tutmalarını arzulayırıq. 



GOYEZEN.AZ



Facebook-da paylaş