• Təqvim

  • Maraq



Alpout kənd tam orta məktəbində fövqəladə hallara hazırlıq üçün ilkin yardım və tibbi maarifləndirmə təlimi keçirilib


Azərbaycan Qızıl Aypara Cəmiyyəti (Az. QAC) ölkəmizin təmas xətti və sərhədyanı rayonlarında fövqəladə hallara hazırlıq üçün ilkin yardım və tibbi maarifləndirmə təlimləri həyata keçirir.

Düşmənlə 168 km sərhəddi olan Qazax rayonunda da sərhəddə yaşayan sakinlərin, xüsusən də məktəblilərin bu sahə üzrə maarifləndirilməsi istiqamətində məqsədyönlü işlər görülür.

Bu gün Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Qazax rayon bölməsi də özünün fövqəladə hallara hazırlıq üzrə çevik mobil dəstəsinin könüllü üzvləri ilə birlikdə rayonun Alpout kəndində ilkin yardım və tibbi maarifləndirmə təlimi keçirib.

Şəhid Rəsul Mirzəliyev adına Alpout kənd tam orta məktəbin həyətində təşkil olunmuş təlimdə Qazax RİHB aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Azad Hümbətov, Az. QAC-nin Qazax rayon bölməsinin sədri Qurban Qurbanlı, müşahidəçi kimi Beynəlxalq Qızıl Aypara Xaç Komitəsinin Bərdə ofisinin əməkdaşı Nailə Hüseynli, məktəbin müəllim-şagird kollektivi və Az. QAC-nin Qazax rayon bölməsinin könüllüləri iştirak ediblər.


Az. QAC-nin Qazax rayon bölməsinin sədri Qurban Qurbanlı giriş sözü ilə çıxış edərək təşkil olunmuş təlimin məqsəd və əhəmiyyətindən söz açıb. Təlimin keçirilmə qaydaları haqqında geniş məlumat verib.

Qazax RİHB aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Azad Hümbətov çıxış edərək rayonumuzda fövqəladə hallara hazırlıq üzrə görülmüş işlər, məktəblilərin maarifləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən söz açıb. Bu sahədə mütəmadi olaraq profilaktik tədbir və təlimlərin keçirilməsinin vacibliyini vurğulayıb.

Alpout kənd tam orta məktəbin direktoru İsmayıl Abdullayev sərhəddə yaşayan sakinlərə göstərilən dövlət qayğısından danışaraq ölkə başçısına və rayon rəhbərliyinə məktəbin müəllim-şagird kollektivi adından minnətdarlığını bilirib. Məktəblilərin fövqəladə hallara hazır olmaları baxımından bu cür təlimlərin keçirilməsini yüksək qiymətləndirib.

Sonra ilkin yardım məntəqəsinin qurulması, ilkin yardım və hadisələrin canlandırılması əyani şəkildə nümayiş olunub.





GOYEZEN.AZ



Facebook-da paylaş