Mülki müdafiə üzrə metodiki toplantı keçirilib
Gənclər Mərkəzində keçirilən toplantıda Rayon İcra
Hakimiyyəti başçısı aparatında sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Azad Hümbətov, Fövqəladə
Hallar Nazirliyi (FHN) Gəncə Regional Mərkəzi MM idarəsinin mülki müdafiəyə hazırlıq
şöbəsinin rəisi, polkovnik Məhəmməd Tağıyev, regional şöbənin baş zabiti, mayor
Bəhayi Nəsirov, baş məsləhətçi Səhman Hacıyev, rayon Təhsil şöbəsinin metodisti
Orxan Əliyev, rayon mərkəzi xəstəxanasında həkim-travmatoloq Nəsibə Mustafayeva,
rayonun ümumtəhsil məktəblərinin II, V və VI sinif rəhbərləri iştirak ediblər. A.Hümbətov tədbiri giriş sözü ilə açaraq keçirilən
toplantının məqsədindən, mülki müdafiənin rolu və vəzifələrindən, rayonda
görülmüş işlər və qarşıda duran vəzifələrdən danışıb. Tədbir iştirakçılarının
diqqətini qarşıya qoyulan problemin hərtərəfli öyrənilməsinə və həllinə
yönəldib. Şöbə rəisi, polkovnik M.Tağıyev "Fövqəladə Hallar
Nazirliyinin əhalinin mühafizəsində rolu, mülki müdafiənin məqsədləri və
vəzifələri, mülki müdafiənin təbliğində müəllimlərin rolu" mövzusunda geniş
məruzə ilə çıxış edib. Şöbənin baş zabiti, mayor Bəhayi Nəsirov, baş
məsləhətçi Səhman Hacıyev, Xanlıqlar kənd tam orta məktəbin biologiya müəllimi,
Əməkdar müəllim Xatın Hüseynxanova, həkim-travmatoloq Nəsibə Mustafayeva çıxış
edərək mülki müdafiə ilə bağlı məlumatlar veriblər. Məktəblilərin
maarifləndirilməsi istiqamətində bu cür toplantıların keçirilməsinin böyük
əhəmiyyət kəsb etdiyini bildiriblər. Tədbirdə iştirak edən 199 nəfər rayonun ümumtəhsil
məktəblərinin II, V və VI sinif rəhbərlərini maraqlandıran suallar ətraflı
cavablandırılıb, fövqəladə hallarla bağlı slayd materialları və videoçarxlar
nümayiş olunub. İştirak edən sinif rəhbərlərinə şagirdlərlə keçirilən mülki
müdafiə üzrə dərslərin proqramı çatdırılıb, lazımi tövsiyələr verilib. Tədbirin sonunda mülki müdafiə ilə bağlı keçirilən
belə maarifləndirici tədbirlərin böyük əhəmiyyət kəsb etdiyi diqqətə
çatdırılıb. GOYEZEN.AZ
Facebook-da paylaş