Təhsil naziri Qazaxda vətəndaşları qəbul edəcək
GOYEZEN.AZ AZƏRTAC-a istinadən bildirir ki, Təhsil naziri Ceyhun Bayramov avqustun 13-də saat 10.00-da Qazax şəhərindəki Ədəbiyyat Muzeyində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarının sakinlərini qəbul edəcək.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, qəbulda həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşlar avqustun 6-dan 9-dək bu qurumun Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya nazirliyin rəsmi saytının “Vətəndaşların qəbulu” bölməsinə daxil olmaqla (http://edu.gov.az/az/contacts/request) elektron qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçmiş vətəndaşlardan qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etmələri xahiş olunur.

Facebook-da paylaş