• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda FHN-in Gəncə Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Qazaxda FHN-in Gəncə Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib
Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi şəhər İ.Qayıbov adına 3 nömrəli tam orta məktəbdə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib.

Tədbirdə Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin və Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları iştirak edib.

Toplantının keçirilməsində məqsəd məktəb kollektivinə müxtəlif xarakterli təbii və texnogen mənşəli fövqəladə halların yaranma səbəbləri, onlardan qorunma üsulları haqqında biliklərin aşılanması olub.

Tədbirdə dəm qazı, yanğınlar, zəlzələ, “112” qaynar telefon xətti, odsöndürən balonlardan istifadə qaydaları haqqında geniş məlumat verilib, mövzulara aid slaydlar, videoçarxlar nümayiş olunub.

Sonda şagirdlər tərəfindən verilən suallar cavablandırılıb.

Qazaxda FHN-in Gəncə Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib
Qazaxda FHN-in Gəncə Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib
Qazaxda FHN-in Gəncə Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib
GOYEZEN.AZ


Facebook-da paylaş