Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsindən nümunəvi addım
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qazax rayon komitəsi tərəfindən təhsil sahəsində uzun illər səmərəli fəaliyyət göstərən Qazax rayon Şamoy Çobanov adına Ağköynək kənd tam orta ümumtəhsil məktəbin tarix müəllimi Məmmədova Tamella Ələkbər qızının 65 illik yubiley yaşının tamam olması münasibətilə tədbir keçirilməsi həmin nümunəvi təşəbbüslərdən biridir. Yubilyara pedaqoji fəaliyyətində göstərdiyi peşəkarlıq, gənc nəslin formalaşmasına verdiyi töhfələr və təhsilə olan sədaqətinə görə razılıq ifadə olunub. Komitə tərəfindən diplom, xatirə hədiyyəsi və gül dəstəsi təqdim olunub. Tədbir çərçivəsində yubilyar Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsi nümunəvi addımları ilə hər zaman seçilir.

Facebook-da paylaş















