• Təqvim

  • Maraq



Qazaxda “Son zəng”ə hazırlıq işləri müzakirə olunub


Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq təlimatına əsasən, 2024-2025-ci tədris ilinin bütün dövlət ümumi təhsil müəssisələrində “Son zəng” tədbirləri iyunun 14-də keçiriləcək.

Respublikamızın hər yerdə olduğu kimi, Qazax rayonunda da "Son zəng" tədbirlərinin yüksək səviyyədə təşkil olunması üçün lazımi hazırlıq işləri görülür. 

Qazax Rayon İcra Hakimiyyətinin akt zalında bu məsələ ilə bağlı iclas keçirilib. İclasda icra aparatının əməkdaşları, rayonda fəaliyyət göstərən ictimai iaşə obyektlərinin rəhbərləri, məsul şəxsləri iştirak ediblər. 

Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev çıxış edərək iclas iştirakçılarını rayon rəhbərliyinin adından salamlayıb, səmimi ürək sözlərini, fikirlərini çatdırıb. Birinci müavin bildirib ki, bugünkü iclasın əsas məqsədi respublikamızın bütün bölgələrində təşkil olunan “Son zəng” tədbirlərini yüksək səviyyədə həyata keçirmək üçün görüləcək işləri müzakirə etməkdir. 

M.Alıyev iyunun 14-də "Son zəng" tədbirlərinin məktəb daxilində keçiriləcəyini qeyd edərək həmin gün bütün polis əməkdaşlarının, sahə rəislərinin gücləndirilmiş iş rejimində çalışacaqlarını bildirib. Valideynlərlə, məktəbi bitirən məzunlarla maarifləndirici söhbətlər aparmağı, həmin gün hər hansı bir xoşagəlməz hadisənin baş verməməsi üçün məktəb direktorları, sahə rəisləri ilə əməkdaşlıq etməyi tövsiyə edib.



Facebook-da paylaş