Qazaxda prospekt və küçələr dezinfeksiya edilib
Oktyabrın 2-də Qazax Rayon İcra Hakimiyyətinin strukturları tərəfindən şəhərin prospekt və küçələrində dezinfeksiya işləri həyata keçirilib.
Şəhərin Heydər Əliyev prospektində, Bakı, Azadlıq, Firuddin Şamoyev, Səməd Vurğun, Mehdi Hüseyn küçələri maşın vasitəsilə dezinfeksiya edilib.
Dezinfeksiya işlərinə icra aparatının, Qazax şəhər Kommunal Müəssisələri Kombinatının, şəhər Bələdiyyəsinin, Qazax Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları cəlb olunub.
Dezinfeksiya işləri Qazax Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən xlorlu əhəng və Bromosepto-DEZ adlı dezinfeksiyaedici maddələrdən istifadə olunaraq hazırlanmış məhlulla aparılıb.
Heydər Əliyev prospekti
Firuddin Şamoyev küçəsi
Azadlıq küçəsi
Bakı küçəsi
Səməd Vurğun küçəsi
Mehdi Hüseyn küçəsi
GOYEZEN.AZ
Facebook-da paylaş