• Təqvim

  • Maraq



“Qazax Müalicə Diaqnostika Mərkəzi” PHŞ-in həkim briqadası tərəfindən Quşçu Ayrım və Məzəm kənd sakinləri üçün səyyar tibbi xidmət aksiyası keçirilib


TƏBİB-in tabeliyindəki “Qazax Müalicə Diaqnostika Mərkəzi” Publik Hüquqi Şəxsin həkim briqadası tərəfindən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Qazax rayonun sərhəd kəndləri olan Quşçu Ayrım və Məzəm kənd sakinləri üçün səyyar tibbi xidmət aksiyası keçirilib.

Quşçu Ayrım tibb məntəqəsində keçirilən səyyar tibbi xidmət müxtəlif ixtisaslı həkimlər tərəfindən aparılıb, terapevtik, kardioloji, cərrahi, qulaq, burun, boğaz və digər tibbi xidmətlər üzrə müayinədən keçmək imkanı yaradılıb.

Aksiya zamanı həkim briqadası 40 nəfərdən çox sakini müayinə edib, nəticədən asılı olaraq onlara müvafiq tövsiyələr və tibbi məsləhətlər verilib, əməliyyata ehtiyacı olanlar isə “Qazax Müalicə Diaqnostika Mərkəzi” PHŞ-ə dəvət ediliblər.

Səyyar tibbi müayinənin əsas məqsədi əhali arasında profilaktik müayinə mədəniyyətini, sağlam həyat tərzini təbliğ etmək, əsasən ucqar kəndlərdə yaşayan, xəstəxanalara gələ bilməyən vətəndaşlar üçün müayinələrin həyata keçirilməsini təşkil etməkdir.

Kənd sakinləri səyyar həkim briqadası tərəfindən müayinə və müalicə olunmalarını razılıqla qarşılayıb, bu qayğıya görə tədbirin təşkilatçılarına və səyyar həkim briqadasına minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, tibbi müayinə aksiyalarının Qazax rayonun digər ucqar kəndlərində təşkil olunması nəzərdə tutulub.



Facebook-da paylaş