• Təqvim

  • Maraq



Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş Qazax rayon Daş Salahlı Kənd Həkim Məntəqəsində səyyar tibbi göz müayinəsi təşkil edilib


Bu il Azərbaycan oftalmologiya elmini beynəlxalq aləmdə tanıdan, oftalmologiya sahəsi üzrə ilk qadın tibb elmləri doktoru, professor, gözəl insan, fədakar ana Zərifə Əliyevanın 100 illik yubileyi ölkə Prezidentinin müvafiq Sərəncamına əsasən respublika səviyyəsində qeyd edilir. Keçirilən silsilə tədbirlərlə Onun elmi-tədqiqatları, mürəkkəb cərrahiyyə əməliyyatları ilə yanaşı, pedaqoji fəaliyyəti, peşəkar elmi kadrların yetişdirilməsindəki danılmaz xidmətləri xalqımıza bir daha çatdırılır. 

“Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsdə də akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər davam edir. 

Aprelin 11-də “Qazax Rayon Mərkəzi Xəstəxanası” PHŞ-i Qazax rayon Daş Salahlı Kənd Həkim Məntəqəsində səyyar tibbi göz müayinəsi təşkil edib. 

Aksiyada iştirak edən insanlar həkim-oftalmoloqlar tərəfindən ətraflı müayinə edilib, onların görmə itiliyi, göz təzyiqi yoxlanılıb və zəruri müalicə tədbirləri müəyyənləşdirilib.

Ehtiyacı olan xəstələr daha dərin müayinə və müalicə üçün Qazax Rayon Mərkəzi Xəstəxanasına göndərilib. 

Qazax Rayon Mərkəzi Xəstəxanasının tibbi avadanlıqlarla təchiz olunmuş səyyar həkim briqadası tərəfindən aparılan müayinə tədbirləri günün sonuna kimi davam edib. Kənd sakinləri ödənişsiz oftalmoloji müayinə aksiyasından yararlanıblar.

Qazax Rayon Mərkəzi Xəstəxanasının peşəkar həkim-oftalmoloqu Rahilə Əhmədovanın sözlərinə görə, bu aksiyanın keçirilməsində əsas məqsəd əməkdaşları iş prosesindən ayırmadan onların göz patalogiyalarını aşkar etmək və monitorinqlər aparmaqdır.

R.Əhmədova bildirib ki, Qazax Rayon Mərkəzi Xəstəxanasının yüksək ixtisaslı peşəkar həkim briqadası səyyar müayinə tədbirlərində böyük həvəslə iştirak edir. Göz müayinəsinin keçirilməsi üçün səyyar briqadanın səmərəli texniki imkanlara malik olduğunu söyləyən həkim-oftalmoloq R.Əhmədova aparılan müayinələr zamanı əsas etibarilə quru göz sindromu və spazm kimi patalogiyaların aşkarlandığını diqqətə çatdırıb. O, bu patalogiyaların kompüterlə sıx təmasda olan insanlar üçün xarakterik olduğunu bildirib.



Facebook-da paylaş