• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda 105 yaşlı qadın peşəkar həkimlərimizin səyi nəticəsində koronavirusa qalib gəldi


Qazax rayonunun Çaylı kəndində yaşayan 105 yaşlı qadın koronavirusdan sağalıb.

Belə ki, 01.01.1916-cı ildə Çaylı kəndində anadan olanBənnayevaQaratel Mansur qızı COVID-19 testinin nəticəsi pozitiv çıxdığı andan dərhal sonra Qazax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Peşəkar həkimlərimizin səyi nəticəsində Qaratel nənə koronavirusa görə müalicə olduğu xəstəxanada sağalaraq artıq evinə göndərilib. 

Qazax Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin baş direktoru Sevda Məmmədova Qaratel nənənin tam sağaldığını, səhhətində hər hansı bir problem olmadığını və özünü yaxşı hiss etdiyini qeyd edib.

Koronavirusdan sağalan Qaratel nənənin yaxınları, doğmaları xəstəxanada olduğu müddətdə ona göstərilən diqqət və qayğıya görə minnətdarlıq ediblər.

Onu da qeyd edək ki, 105 yaşlı Qaratel Bənnayeva səkkiz uşaq anasıdır. 29 nəvə, 45 nəticə, 20 kötücəsi var.

 

GOYEZEN.AZ



Facebook-da paylaş