VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ!
2018-ci ildə
Avropanın bir sıra ölkələrində, o cümlədən Azərbaycanla həmsərhəd olan
Gürcüstan və Rusiya Federasiyasında qızılca xəstəliyinin alovlanması nəticəsində
Azərbaycanda da gətirilmə hadisələrlə əlaqəsi olan xəstəlik halları qeydə
alınmışdır. Bununla əlaqədar
qızılca xəstəliyinin profilaktikası sahəsində tədbirlərin gücləndirilməsi məqsədilə
Azərbaycan Respublikası Səhiyyə Nazirinin 27.02.2019-cu il tarixdə
"Respublikada qızılca xəstəliyinə qarşı immunlaşdırma tədbirlərinin keçirilməsi
barədə” 10 saylı Əmrinə əsasən 2019-cu
ilin mart və aprel aylarında Qazax rayonunda 20-40 yaşlı əhali arasında
qızılcaya qarşı təmizləyici immunlaşdırma tədbirləri həyata keçiriləcəkdir. Vətəndaşların Qazax
Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsinə müraciət etməsi xahiş olunur. Ünvan: Qazax şəhəri, Bakı küçəsi 44 Əlaqə telefonu: (022) 295-24-27 Qazax Rayon Səhiyyə şöbəsi
Facebook-da paylaş