Vətəndaşların nəzərinə!
Payız-qış mövsümündə ölkə ərazisində kəskin respirator virus infeksiyalarının yayılmasının qarşısının alınması məqsədilə ənənəvi olaraq profilaktik və əksepidemik tədbirlər həyata keçirilir. Bu məqsədlə ölkə ərazisində olduğu kimi, Qazax Rayon Mərkəzi Xəstəxanasında da, qrip əleyhinə peyvəndləmə prosesinə başlanılıb. Qrip əleyhinə peyvənd olunmaq istəyən şəxslər könüllü olaraq Qazax Rayon Mərkəzi Xəstəxanasının şəhər Ailə Sağlamlıq Mərkəzinə müraciət edə bilər. “Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxs 
Facebook-da paylaş















