Şəhidlik zirvəsinə yüksələnlər heç vaxt unudulmur
"Torpaq, əgər uğrunda ölən
varsa, Vətəndir!” Bu
müqəddəs deyim, eləcə də bu torpaq, bu Vətən babalarmızın yadigarıdır bizlərə.
Zaman-zaman igid oğullarımız öz qanları ilə təsdiqləyib bu sözləri. İstər
yeraltı, istər yerüstü sərvətlərimiz, bol bərəkətli
torpaqlarımız hər zaman düşmənlərimizin diqqət mərkəzində olub. Lakin bu
torpağın yetirdiyi igid oğul və qızları qanları hesabına olsa belə Vətənimizi
göz bəbəyi kimi qoruyaraq bizlərə ötürməyi hər zaman bacarıblar. O Vətən ki, hər
qarışı bizim üçün əzizdir. Hər qarışını doğma bildiyimiz torpağı qoruyan,
uğrunda canından, qanından keçən igid oğul və qızlarımızı yad etmək isə hər bir
azərbaycanlının, ürəyi Vətən sevdası ilə döyünən vətəndaşın müqəddəs borcu
olmalıdır. Çünki şəhidlik
zirvəsi ən uca və müqəddəs zirvədir. Bu zirvəni fəth edənləri tanıtmaq, gənc
nəsillərə örnək göstərmək hər kəsin ən ümdə işi olmalıdır. Bu gün düşmənlə
168 km məsafədə sərhəddi olan Qazax rayonunun Bağanıs Ayrım, Xeyrımlı,
Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi hələ də düşmən tapdağı altındadır. 5 kəndi isə daim
düşmən gülləsinin atəşinə məruz qalır. Vətən torpaqlarının ərazi bütövlüyü
uğrunda 287 nəfər şəhid verən, 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı
adını alan Qazaxda igid oğul və qızlarımızın xatirəsi hər zaman əziz tutulur.
Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir.
Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə
daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların
xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların
abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz
nümunəsidir. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan
abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin
vurulması bu istiqamətdə görülən işlərin daha bir əyani sübutudur. GOYEZEN.AZ saytının Vətən
uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz
xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı silsilə yazılar dərc
etməsi isə artıq bir ənənə halını alıb. Bu həftə də ənənəmizə sadiq qalıb doğum
və anım günü olan şəhidlərimizdən – Ələsgər Vəliyevin, Eldəniz Hacıyevin, Rəşad Quluyevin, Niyaz Əhmədovun əziz xatirələrini yad edirik. Vəliyev Ələsgər Oruc oğlu Vəliyev Ələsgər Oruc oğlu 25
noyabr 1967-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur.
1975-ci ildə Aşağı Əskipara kənd tam orta məktəbinin birinci sinfinə getmişdir.
1985-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 2 oktyabr 1993-cü ildə
şəhid olmuşdur. Hacıyev Eldəniz Nəsib oğlu Hacıyev Eldəniz Nəsib oğlu 26
noyabr 1971-ci ildə Qazax rayonunun İkinci Şıxlı kəndində anadan olmuşdur. 1977-ci
ildə Valeh Musayev adına İkinci Şıxlı kənd tam orta məktəbin birinci sinfinə daxil
olmuş, 1987-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1987-1989-cu illərdə
Ukraynanın "Çernobl” şəhərində xidmətdə olmuşdur. 1993-cü ildə ordu sıralarına
getmişdir. 707 saylı hərbi hissədə xidmət etmişdir. 5 mart 1994-cü ildə Kəlbəcər
istiqamətində Murov dağında gedən döyüşlərdə şəhid olmuşdur. Subay olub. Qardaşı
Hacıyev Ceyhun Nəsib oğlu isə 1 fevral 1994-cü ildə Kəlbəcər istiqamətində
Murov dağında şəhid olmuşdur. Quluyev Rəşad Şəhraz oğlu Quluyev Rəşad Şəhraz oğlu 27
noyabr 1983-cü ildə Qazax rayonunun Bala Cəfərli kəndində anadan olmuşdur.
1990-cı ildə Bala Cəfərli kənd ibtidai məktəbin birinci sinfinə daxil olmuş,
1994-сü ildə həmin məktəbin dördüncü sinfini bitirmişdir. 1994-cü ildə Xanlıqlar
kənd əsas məktəbin beşinci sinfinə daxil olmuş və 1999-cu ildə həmin məktəbin
doqquzuncu sinfini bitirmişdir. 25 iyun 1999-cu ildə Bala Cəfərli kəndində ot
sahəsindən araba ilə ot gətirərkən ermənilər tərəfindən qoyulmuş minaya
düşmüşdür. Əhmədov Niyaz Əkbər oğlu 27
may 1959-cu ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1966-cı ildə Aşağı Əskipara kənd tam orta məktəbinin
birinci sinfinə getmişdir. 1976-cı ildə həmin məktəbin onuncu sinfini
bitirmişdir. Keçmiş SSRİ-də hərbi xidmətdə olmuşdur. Aşağı Əskipara kəndinin
müdafiəsində ermənilərlə döyüşlərdə iştirak etmişdir. 28 noyabr 1991-ci ildə şəhid
olmuşdur.Şəhidlərimizi
tanıyaq və tanıdaq-----------
Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar kədər və qürur yerimiz
olan bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid
oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini
ehtiramla yad edirlər. Rayonumuzda keçirilən tədbirlər öncə bu müqəddəs məkanı
ziyarətlə başlayır. Məktəblilər mütəmadi olaraq xiyabanda olur, rayonunun
şəhidləri haqqında ətraflı məlumatlar alır, onlarla bir daha qürur duyurlar.
Çünki gələcək nəsillərin vətənpərvər ruhda tərbiyə olunmasında bu cür
ziyarətlərin böyük rolu vardır.
Qazax rayonunda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş
şəhidlərimizin doğum və anım günlərinin qeyd olunması da artıq bir ənənə halını
alıb. Hər bir Vətən oğlunun doğum və ya anım günündə Şəhidlər xiyabanında
ruhlarına dualar oxunur, göstərdikləri igidliklərdən söz açılır, əziz
xatirələri dərin ehtiramla yad olunur. Bütün bunlar bir daha onu göstərir
ki, şəhidlərimiz hər zaman qəlblərdə yaşayır.
Facebook-da paylaş