• Təqvim

  • Maraq



Qazaxda 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı silsilə anım tədbirləri keçirilib


31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Qazaxın təhsil, səhiyyə, mədəniyyət müəssisələrində, idarə, müəssisə və təşkilatlarında silsilə anım tədbirləri keçirilib.

Bütün tədbirlərdə öncə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirlərdə ermənilərin xalqımıza qarşı müxtəlif dövrlərdə həyata keçirdikləri soyqırımı və işğalçılıq siyasəti barədə məlumat verilib. 1918-ci ildə erməni millətçiləri tərəfindən törədilmiş qanlı faciənin tarixi haqqında ətraflı məlumatlar verilərək məhz ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı "Azərbaycanlıların Soyqırımı haqqında” Fərmanının tarixin qaranlıq səhifələrinə işıq salmağa imkan verdiyi diqqətə çatdırılıb. Bu Fərmanla uzun illər bundan əvvəl baş vermiş hadisələr barədə həqiqətlərin açıqlandığı, xalqın yaddaşının təzələndiyi qeyd olunub. 31 Mart - Azərbaycanlıların Soyqırımı Günündən, ermənilərin zaman-zaman xalqımıza qarşı həyata keçirdiyi məkrli siyasətdən söz açılıb. 31 Mart soyqırımı qurbanlarının xatirələrinin daim yad edilməli, bu soyqırım haqqında məlumatların, həyata keçirilən maarifləndirmə tədbirlərində tarixi faktların əhalimizə, xüsusilə yetişməkdə olan gənc nəslə çatdırılmalı olduğu bildirilib.


GOYEZEN.AZ



Facebook-da paylaş