Qəhrəmanlar unudulmur
Aqil Hüseyn oğlu Musayev — 3 noyabr 1973-cü ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olub. Qazax şəhərindəki 117 saylı texniki-peşə məktəbində təhsil alıb. Sürücü peşəsinə yiyələnib.
1993-cü il mayın 18-də Qazax rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına çağırılıb. Bir müddət təlim-məşq toplanışlarında iştirak edib. Az müddətdə əsgər və zabit heyətinin hörmətini qazanıb. A.Musayev 777 saylı hərbi hissənin tərkibində cəbhəyə gedib və ilk döyüşü Ağdam bölgəsində olub.
Aqil hər dəfə döyüşə yollananda, ürəyindən bir arzu keçirdi - torpaqlarımızı tezliklə erməni tapdağından təmizləmək arzusu! Döyüşlərdə ölümün gözünə dik baxır, rəşadətlə vuruşurdu.
Aqil Musayev Füzuli və Tərtər bölgələrində də erməni işğalçılarına qarşı aparılan əməliyyatlarda fəal iştirak edib. Füzuli istiqamətində gedən döyüşdə yaralanıb. Bir müddət müalicə olunduqdan sonra yenidən səngərə qayıdıb.
O, böyük arzularla yaşayırdı. Lakin arzuları yarımçıq qaldı. 5 oktyabr 1994-cü ildə Gəncə hadisələri zamanı qiyamçı dəstənin zərərsizləşdirilməsində iştirak edərkən qəhrəmancasına həlak oldu. Qazaxdakı Şəhidlər Xiyabanında dəfn edilib.
Aqil Musayev 5 oktyabr 1994-cü ildə ulu öndər Heydər Əliyevin 215 saylı fərmanı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Bu gün yaşasaydı Milli Qəhrəmanımızın 43 yaşı tamam olacaqdı. Allah rəhmət eləsin.

Facebook-da paylaş