• Təqvim

  • Maraq



Qazaxda “Yerli demokratiya həftəsi” keçirilib

“Azərbaycanda Yerli Demokratiya Həftəsi” çərçivəsində bələdiyyələr tərəfindən müxtəlif tədbirlər görülüb

Qazaxda “Yerli demokratiya həftəsi” keçirilib
Bələdiyyələrdə “Azərbaycanda Yerli Demokratiya Həftəsi” çərçivəsində tədbirlərin keçirilməsi artıq bir ənənə şəklini alıb. Bələdiyyələr yarandığı gündən bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirilirlər.

Mövcud ənənə bu il də davam etdirilib. Bu məqsədlə rayonumuzdakı bələdiyyələrə Azərbaycan şəhər, qəsəbə və kənd bələdiyyələrinin Milli Assosiasiyaları tərəfindən “Azərbaycanda Yerli Demokratiya Həftəsi” çərçivəsində həyata keçiriləcək tədbirlərə dair tövsiyələr verilib. Həmin tövsiyələrdə “Demokratiya Həftəsi”nin 2017-ci ilin oktyabr ayının 30-dan noyabr ayının 5-dək keçirilməsi nəzərdə tutulub.

“Yerli demokratiyanın inkişafı naminə vətəndaşların iştirakı, maarifləndirilməsi və öhdəlikləri” şüarı altında bələdiyyələrdə keçirilməsi nəzərdə tutulan “Yerli Demokratiya Həftəsi”nin əsas məqsədi yerli özünüidarəetmə proseslərində əhalinin rolunun, iştirakının və həmrəyliyin artırılması, fikir mübadilələrinin aparılması və qarşılqlı öhdəliklərin müəyyən olunması yolu ilə fəaliyyətin daha da genişləndirilməsidir.

Qazax rayonunda bələdiyyələrdə daxil olmuş məktub əsasında “Demokratiya Həftəsi”nin keçirilməsi məqsədilə müxtəlif tədbirlərin görülməsinə başlanılıb. Şəhər və kəndlərdəki bələdiyyələrdə tövsiyədə müəyyən edilmiş tədbirlərin həyata keçirilməsi üçün ilk növbədə hazırlıq işləri görülüb.

Açıq və qapalı yerlərdə vətəndaşların yerli əhəmiyyətli məsələlərlə bağlı problemlərinin həlli, onların bələdiyyənin fəaliyyətində iştirakının təmin edilməsi, müraciətlərinə baxılması, 2017-ci ildə görülmüş işlər, o cümlədən “Bir bələdiyyə-azı bir layihə” təşəbbüsü çərçivəsində həyata keçirilmiş layihələr barədə hesabatlar verilib. 2018-ci ilin bələdiyyə büdcəsinin və icrası nəzərdə tutulmuş layihələrin müzakirəsi, yerli vergi və ödənişlərin yığılması işinin təkmilləşdirilməsi (vergi ödəyicisi olan sakinlərin vaxtında vergi uçotuna düşməsi, vergitutma obyektləri barədə məlumatların Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sisteminin (BAMS) bazasına daxil edilməsi, vergi ödəyiciləri üçün vergilərin ödənilməsi prosedurunun asanlaşdırılması, bank və poçtlarla yanaşı onlayn və elektron ödəmə terminalları vasitəsilə vergi ödəmələrinin təmin edilməsi və s.) ilə bağlı görüşlər keçirilib.
Qazaxda “Yerli demokratiya həftəsi” keçirilib
Əhalinin müxtəlif təbəqələrini təmsil edən vətəndaşların, xüsusən də ağsaqqalların və gənclərin yerli özünüidarəetmədə iştirak edə bilmə imkanlarının artırılması və sakinlərin öhdəlikləri istiqamətində maarifləndirici tədbirlər keçirilərək sakinlərə ətraflı məlumat verilib.

Bütün kəndlərdə bələdiyyənin inzibati ərazisində və bələdiyyənin yerləşdiyi binada “Azərbaycanda Yerli Demokratiya Həftəsi”, “Yerli demokratiyanı inkişaf etdirək”, “Vətəndaşların yerli özünüidarəetmədə iştirakını təmin edək”, “Bələdiyyə-vətəndaş, vətəndaş-bələdiyyə əlaqələrini möhkəmləndirək”, “Yerli Demokratiya Həftəsində fəal iştirak edək”, “Yerli vergiləri vaxtında ödəyək, problemləri həll edək” şüarları yazılmış plakat və transparantlar kəndlərin mərkəzi hissələrinə vurulub.

“Demokratiya Həftəsi” çərçivəsində görülən işlərdən biri də “Bələdiyyə poçt qutuları”nın quraşdırılmasıdır. Bu tövsiyənin yerinə yetirilməsi məqsədilə istər şəhərdə, istərsə də kəndlərdə “Bələdiyyə poçt qutuları” qoyulub. Bələdiyyələr həftə ərzində poçt qutularına daxil olan məktubları müzakirə edib, qaldırılan məsələnin həlli istiqamətində tədbirlər həyata keçiriblər.

Bələdiyyələrə daxil olmuş tövsiyələrdə vətəndaşların yerli səviyyədə idarəetmə proseslərində iştirakı imkanlarının artırılması və stimullaşdırılması məqsədilə bələdiyyələrdə “Açıq qapı” günlərinin keçirilməsi də qeyd olunub. Verilən tövsiyənin həyata keçirilməsi istiqamətində operativ işlər görülüb. Belə ki, bütün bələdiyyələrdə əvvəlcədən “Açıq qapı” günləri elan edilib və bələdiyyə üzvləri tərəfindən vətəndaşların qəbulu təşkil olunub.

Bununla yanaşı tövsiyələrdə nəzərdə tutulmuş “Qaynar xətt” telefon nömrəsi də bütün bələdiyyələrdə elan edilib. Vətəndaşlarla operativ əlaqələrin təmin edilməsi məqsədilə şəhər və kəndlərin müxtəlif ərazilərinə “Qaynar xətt” telefon nömrələri yazılıb vurulub. Bələdiyyələr “Qaynar xətt” telefon nömrəsinə daxil olmuş zəngləri qeydə alıb və onları ətraflı olaraq cavablandırıblar.

Bələdiyyələr daxil olmuş tövsiyəyə uyğun olaraq yerli Kütləvi İnformasiya Vasitələri ilə öz işlərini sıx şəkildə qurublar. Bu məqsədlə Göyəzən” rayon qəzetinin və “GOYEZEN.AZ” saytının əməkdaşları bələdiyyələrdə olub və görülmüş işləri geniş işıqlandırıblar.


Facebook-da paylaş