Qazaxda qəbiristanlıqlarda iməcilik keçirilməsi artıq ənənə halını alıb
Bu gün böyük bir tikinti meydançasını xatırladan,
ildən-ilə kənd təsərrüfatını inkişaf etdirən, sənaye obyektlərinin, istehsal
müəssisələrinin sayını artıran Qazaxda demək olar ki, bütün sahələr diqqət
mərkəzində saxlanılır. Rayonda həyata keçirilən və sakinlərin də böyük
razılığına səbəb olan təqdirəlayiq işlərdən biri də qəbiristanlıqlarda aparılan
iməciliklərdir. Rayonda istər bayram günlərində, istərsə də adi günlərdə
qəbiristanlıqlarda iməciliklərin keçirilməsi artıq bir ənənə halını alıb. Öz ənənəsinə sadiq qalan sakinlər bu həftə də şəhər və
kənd qəbiristanlıqlarında olub, doğma və əzizlərinin uyuduqları məzarlıqlarda
səliqə-sahman yaradıblar. Şənbə və bazar günlərində təşkil olunan iməciliklərdə
qəbiristanlıqların içərisində və ətrafında təmizlik, abadlıq işləri aparılıb, ərazi
iri otlardan, kol-kosdan təmizlənib, ehtiyac olan digər işlər görülüb. İməcilikdə elliklə iştirak edən rayon sakinləri bu cür
savab işləri ilboyu davam etdirəcəklərini bildiriblər.
GOYEZEN.AZ
Facebook-da paylaş