Gəncə Səyyar “ASAN xidmət" avtobusu Qazaxda vətəndaşlara xidmət göstərəcək
Gəncə Səyyar "ASAN xidmət”in nümayəndələri 15
aprel 2019-cu il tarixdən 4 may 2019-cu il tarixədək texnika ilə təchiz olunmuş xüsusi
avtobusla Qazax şəhəri, Azadlıq küçəsi 107 ünvanında (mərkəzi poçtla üzbəüz) əhaliyə
səyyar xidmətlər göstərəcəklər. 20
gün müddətində səyyar şəkildə göstərilən xidmətlər əsasən Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Əmlak
Məsələləri Dövlət Komitəsi, Ədliyyə Nazirliyi tərəfindən təqdim olunacaq. Bu xidmətlərə torpaq üzərində mülkiyyət
hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışın, həmin torpaq
sahəsinin planının və ölçüsünün verilməsi, tərcümə xidməti, tibb xidməti, bank
xidməti (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu), daşınmaz əmlakın
təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların
məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların
verilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına
alınması barədə çıxarışların verilməsi, yaşayış evləri (fərdi) üzərində
mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin
qeydiyyat istisna olmaqla) verilməsi, əmək pensiyalarının təyin edilməsi, ümumvətəndaş
pasportlarının verilməsi və dəyişdirilməsi, şəxsiyyət vəsiqələrinin verilməsi
və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, vətəndaşlıq
vəziyyəti aktlarının dövlət qeydiyyatı və notariat fəaliyyəti daxildir. Səyyar
xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara
daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın
təmini və vətəndaş məmnunluğuna nail olunmasıdır. Səyyar "ASAN xidmət" avtobuslarında sənəd
qəbulu həftə içi və şənbə günü saat 10:00-dan 18:00-dək (nahar fasiləsi 14:00-dan
15:00-dək) həyata keçiriləcək. GOYEZEN.AZ
Facebook-da paylaş