Qazax Sement Zavodunun tələbinə əsasən zavodda çalışan podratçı şirkətlər işçilərin qəbulu zamanı yerli əhaliyə üstünlük verir
Yerli əhalini
işlə təmin etmək məqsədilə Qazax Sement Zavodunun tələbinə əsasən zavodda
çalışan podratçı şirkətlər işçilərin qəbulu zamanı yerli əhaliyə üstünlük
verirlər.
Qazax Sement Zavodunun planlı təmiri və quraşdırma
işlərində çalışan podratçı şirkətlər işlərin yerinə yetirilməsi üçün 50–dək
yerli işsiz əhalini zavodda bir neçə aylıq davam edəcək işlərə cəlb etmişdir. Təmir
və quraşdırma işləri müddətində yerli işçilərin zavoda gediş-gəlişi şirkət tərəfindən
xüsusi ayrılmış nəqliyyat vasitələri ilə həyata keçiriləcək, eyni zamanda işçilər
iş prosesində təhlükəsizlik qaydaları ilə təlimatlandırıldıqdan sonra xüsusi
işçi geyimləri ilə də təmin olunacaqlar.
GOYEZEN.AZ


Facebook-da paylaş















