Qazaxda ehtiyatda (istefada) olan hərbi qulluqçulara yubiley medalı təqdim olunub
Bu gün Azərbaycan Respublikası Müdafiə Nazirinin tapşırığına əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xdmətinin Qazax rayon şöbəsində ehtiyatda (istefada) olan hərbi qulluqçulara "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı təqdim olunub.
Xidmətin rayon şöbəsinin rəisi, polkovnik Rəsul Quliyev tədbiri giriş sözü ilə açaraq təltif olunan hərbi qulluqçuları təbrik edib, Azərbaycan Ordusunun şanlı qüdrətindən, hərb tarixində qazanılan qələbələrdən söz açıb. 2016-cı ildə Aprel döyüşü kimi tarixə düşən şanlı qələbədən və ordumuzun göstərdiyi şücətdən danışıb.
RİHB aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Azad Hümbətov çıxış edərək rayon rəhbərinin təbriklərini çatdırıb, ən xoş sözlərini bildirib. "Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, Vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir" - deyən ulu öndər Heydər Əliyevin dəyərli sözlərinin bu gün hər bir azərbaycanlı, xüsusilə də gənc nəsil üçün əsl şüar olduğunu qeyd edib. Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 285 şəhid verən, 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən, 168 km məsafədə düşmənlə sərhəddi olan, Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi hələ də düşmən tapdağı altında qalan Qazax rayonunda da Vətənin müstəqilliyinin hər şeydən üstün tutulduğunu bildirib. Fəaliyyətə başladığı ilk gündən rayon rəhbərinin şəhidlərimizin ailə üzvlərinə, Qarabağ müharibəsi əlillərinə, veteralarına daim qayğı ilə yanaşmasından, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılmasından danışıb.
Sonra yubiley medalları öz sahiblərinə təqdim olunub. Yubiley medalına layiq görülənlərdən - mayor Vidadi Müftizadə, kapitan Yaşar Abdullayev, baş leytenantlar Bəxtiyar İsayev, Kamil Musavi, gizirlərdən Əfqan Daşdəmirov, Rəşad Qocayev, Ülfət Həsənov və Natiq Mehtiyev çıxış edərək dövlətimiz və dövlət başçımız, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan Ordusuna göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Bu gün təqdim olunan bu medalın Qarabağ müharibəsi veteranlarına, əlillərinə, qazilərinə dövlət tərəfindən verilən dəyərin əyani sübutu kimi qiymətləndiriblər. Ali Baş Komandanın əmri ilə torpaqlarımızın ərazi bütövlüyü uğrunda hər an döyüşə hazır olduqlarını bildiriblər.
GOYEZEN.AZ
Facebook-da paylaş