• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda Qurban bayramı ilə əlaqədar heyvan kəsimi məntəqəsi yaradılıb

Qazaxda Qurban bayramı ilə əlaqədar heyvan kəsimi məntəqəsi yaradılıb
Bildiyiniz kimi, ölkəmiz islam aləmində ən möhtəşəm bayramlardan biri olan müqəddəs Qurban bayramını qeyd etməyə hazırlaşır. Qurban bayramı islam dininin ən vacib sayılan fərzlərindən biri kimi Quranın tələb etdiyi dini bayramdır.

Hər il ölkəmizin hər yerində olduğu kimi, rayonumuzda da müqəddəs Qurban bayramına xüsusi hazırlıq işləri aparılır.

Bu il də bayram günü rayon əhalisinin öz qurbanlarını rahat şəkildə kəsmələri üçün Qazax rayon bələdiyyəsi tərəfindən lazımi tədbirlər həyata keçirilib.

Qazax şəhərində Ə.Şıxlinski küçəsində yerləşən Təzə Bazarda xüsusi heyvan kəsimi məntəqəsi təşkil olunmuşdur. Bütün baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verən hər cür şərait yaradılmışdır.

22-23 avqust 2018-ci il tarixlərdə keçiriləcək Qurban bayramında rayon əhalisinə həmin kəsim məntəqəsinin xidmətlərindən istifadə etmələri tövsiyə olunur.

GOYEZEN.AZ


Facebook-da paylaş