• Təqvim

  • Maraq



Baş prokuror Zakir Qaralov vətəndaşları qəbul edəcək

Baş prokuror Zakir Qaralov vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Zakir Qaralov cari il iyunun 22-də saat 10:00-da Ağstafa rayon prokurorluğunun inzibati binasında Ağstafa, Qazax, Şəmkir, Tovuz və Gədəbəy rayon sakinlərinin qəbulunu keçirəcəkdir.

Qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaqdır.

Qəbula gəlmək istəyən Qazax rayonunda yaşayan vətəndaşlarının qeydiyyatı hər gün Qazax Rayon Prokurorluğunda aparılacaqdır.

Vətəndaşlar həmçinin Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

GOYEZEN.AZ





Facebook-da paylaş