• Təqvim

  • Maraq



Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümünə həsr olunmuş “Xalqa, dövlətə xidmət nümunəsi” adlı tədbir keçirilib


Noyabrın 19-da Qazax Rayon Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümünə həsr olunmuş "Xalqa, dövlətə xidmət nümunəsi” adlı tədbir keçirilib.

Tədbirdə Qazax şəhər Qaratel Hacımahmudova adına ümumi orta məktəbin şagirdləri, müəllimləri, gənc partiya üzvləri və Mərkəzin əməkdaşları iştirak ediblər.

Tədbir Muzeyin ekskursiyası və Yeni Azərbaycan Partiyasının yaranma tarixinə həsr edilmiş filmin nümayişi ilə başlayıb.





 


Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru tədbiri giriş sözü ilə açaraq Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, 29 ildə şərəfli yol keçən möhtəşəm uğurlarından danışıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasının sədri seçilməklə çətin, məsuliyyətli və şərəfli bir missiyanı həyata keçirdi. Azərbaycanda köklü islahatlar aparıldı, xalqın pozulmuş, tapdalanmış hüquqları bərpa edildi, güclü vətəndaş cəmiyyəti quruldu. 29 il əvvəl yaradılan YAP Partiyanın sədri, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycanın parlaq gələcəyi naminə gündən-günə sıralarını genişləndirir.

Sonra Yeni Azərbaycan Partiyasının üzvü, fəal gənc Ofiylə Salmanova çıxış edərək Yeni Azərbaycan Partiyasının ölkəmizin inkişafı naminə apardığı uğurlu siyasətdən söz açıb. Qeyd edib ki, partiyanın yaranmasından 29 il ötür və biz bu tarixi hadisəni dünyada öz sözünü deyən, qalib dövlətdə qeyd edirik. Bu isə hər bir azərbaycanlını qürurlandırır.

Sonra Q.Hacımahmudova adına ümumi orta məktəbin şagirdləri Mədinə Alcanova və Ayşən Hacınəbiyeva vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.




GOYEZEN.AZ



Facebook-da paylaş