Qazaxda Novruz bayramı ərəfəsində şəhər və kənd qəbiristanlıqlarında iməcilik keçirilib
Qazax rayonunda şəhər və kənd qəbiristanlıqlarında iməciliklərin keçirilməsi artıq bir ənənə halını alıb. Rayonda istər bayram ərəfələrində, istərsə də adi günlərdə mütəmadi olaraq bütün qəbiristanlıqlarda iməcilik keçirilir.
Artıq xeyli vaxtdır ki, müqəddəs Ramazan ayı başlayıb. Qarşıdan isə ən qədim və milli bayramımız olan Novruz bayramı gəlir. Hər il olduğu kimi, bu il də bayram ərəfəsində Qazax rayonunun sakinləri qəbiristanlıqlarda olublar.
Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə martın 13-də şəhər və kənd qəbiristanlıqlarında ənənə şəklini alan ümumrayon iməciliyi keçirilib. Doğma və əzizlərinin uyuduqları məzarlıqlarda səliqə-sahman yaradılması məqsədilə keçirilən iməcilkdə rayon sakinləri də iştirak edib.
İməcilik zamanı qəbiristanlıqların içərisində və ətrafında təmizlik işləri aparılıb, səliqə-sahman yaradılıb. Ərazi iri otlardan, kol-kosdan təmizlənib, ehtiyac olan digər işlər görülüb.
İməcilikdə elliklə iştirak edən rayon sakinləri bu cür savab işləri ilboyu davam etdirəcəklərini bildiriblər.
Məlumat üçün bildirək ki, iməcilik 14 və 15 mart tarixlərində də davam edəcək.
Şəhər qəbiristanlığı
Ağköynək kənd qəbiristanlığı
Qarapapaq kənd qəbiristanlığı
Xanlıqlar kənd qəbiristanlığı
Cəfərli kənd qəbiristanlığı
Bala Cəfərli kənd qəbiristanlığı
Hüseynbəyli kənd qəbiristanlığı
Canalı kənd qəbiristanlığı
Kosalar kənd qəbiristanlığı
Çaylı kənd qəbiristanlığı
Daş Salahlı kənd qəbiristanlığı
Qazaxbəyli kənd qəbiristanlığı
Orta Salahlı kənd qəbiristanlığı
Aşağı Salahlı kənd qəbiristanlığı
Yuxarı Salahlı kənd qəbiristanlığı
Birinci Şıxlı kənd qəbiristanlığı
İkinci Şıxlı kənd qəbiristanlığı
Aslanbəyli kənd qəbiristanlığı
Qaymaqlı kənd qəbiristanlığı
Kəmərli kənd qəbiristanlığı
Ürkməzli kənd qəbiristanlığı
Dəmirçilər kənd qəbiristanlığı
Alpout kənd qəbiristanlığı
Abbasbəyli kənd qəbiristanlığı
Fərəhli kənd qəbiristanlığı
Məzəm kənd qəbiristanlığı
Quşçu Ayrım kənd qəbiristanlığı
Facebook-da paylaş