İcra başçısı vətəndaşların müraciətlərini dinləyib
Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlara göstərdikləri qayğı onu göstərir ki, ölkəmizdə yürüdülən dövlət siyasətinin əsasını vətəndaş amili təşkil edir. Bu, eyni zamanda, hər bir dövlət məmuruna nümunədir.
Ölkə başçısının yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssaslıqla yanaşılır.
Vətəndaş məmnunluğunun təmin olunması istiqamətində dövlət siyasətini əsas tutaraq, Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların fərdi və ümumi qəbulları həyata keçirilir, müraciət və təklifləri dinlənilir. Rayonda şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli də daim diqqət mərkəzində saxlanılır.
Fevralın 10-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazax şəhəri, rayonun Yuxarı Əskipara və Cəfərli kəndlərindən müraciət etmiş 3 nəfər vətəndaşı fərdi qəbul edib. Qəbulda vətəndaşların müxtəlif məzmunlu müraciətləri dinlənilərək müvafiq olaraq cavablandırılıb.
Facebook-da paylaş