• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda Azərbaycanın Milli Qəhrəmanı Mərfət Nəsibovun anım günü keçirilib

Qazaxda Azərbaycanın Milli Qəhrəmanı Mərfət Nəsibovun anım günü keçirilib
Qazaxda Azərbaycanın Milli Qəhrəmanı Mərfət Nəsibovun anım günü ilə əlaqədar tədbir keçirilib. Şəhidlər Xiyabanında keçirilən tədbirdə Qazax RİHB Aparatının məsul işçiləri, Milli Qəhrəmanın ailə üzvləri, idarə, müəssisə və təşkilat rəhbərləri, Qarabağ müharibəsi əlilləri və iştirakçıları, KİV nümayəndələri iştirak edib.

Əvvəlcə Mərfət Nəsibovun və bütün şəhidlərin ruhuna dualar oxunub.
Qazaxda Azərbaycanın Milli Qəhrəmanı Mərfət Nəsibovun anım günü keçirilib

Sonra Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirdə çıxış edərək Mərfət Nəsibovun qəhrəmanlığından söz açıb. Qeyd edib ki, belə mərd oğul və qızların mərdliyi, mübarizliyi sayəsində Qazax rayonu müdafiə olunmuş, düşmənə sarsıdıcı zərbələr vurulmuşdur. Bildirib ki, Mərfət Nəsibovun, eləcə də torpaqlarımızın azadlığı uğrunda canından keçən bütün oğul və qızlarımızın əbədi xatirəsi daim qəlblərdə yaşayacaqdır.
Qazaxda Azərbaycanın Milli Qəhrəmanı Mərfət Nəsibovun anım günü keçirilib
Sonra Qarabağ qazilərindən Natiq Alıyev, Qurban Qurbanov, Kamil Musavi və başqaları çıxış edərək Mərfət Nəsibovun igidliyindən söz açıblar. Qazaxda şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, iştirakçılarına və onların ailələrinə göstərdiyi diqqət və qayğıya, Şəhidlər Xiyabanını yaratdığına görə İcra Başçısı Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını bildiriblər.

Milli Qəhrəmanın qardaşı Hümbət Nəsibov çıxış edərək şəhid qardaşının anım gününü belə yüksək səviyyədə keçirtdiyinə, onlara göstərdiyi diqqət və qayğıya görə rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova ailələri adından sonsuz təşəkkürlərini çatdırıb.

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirə yekun vuraraq Mərfət Nəsibova və eləcə də bütün şəhidlərə bir daha Allahdan rəhmət diləyib. Qeyd edib ki, torpaqlarımızın azadlığı uğrunda canından keçən bütün oğul və qızlarımız hər cür hörmət və ehtirama layiqdir.

QEYD: Mərfət Nəsibov 1972-ci il mayın 22-də Qazax rayonunun Məzəm kəndində anadan olmuşdur. O, 1979-cu ildə burada məktəbə getmiş, 1989-cu ildə isə Aşağı Əskipara kənd orta məktəbini bitirmişdir. 1990-cı ildə Qazax rayon Hərbi Komissarlığının göndərişi ilə sürücülük peşəsinə yiyələnmişdir. Elə həmin il hərbi xidmətə çağırılmışdır. Sovet ordusu sıralarında bir il xidmət etdikdən sonra Vətənə qayıtmış və könüllü olaraq Milli Orduya yazılmışdır. M.Nəsibov ilk gündən torpaqlarımızın müdafiəsində fəal iştirak etmiş, şəxsi igidlik və fədakarlıq nümunəsi göstərmişdir. Mərfət Nəsibov torpağa, döyüş dostlarına çox sadiq bir gənc idi. O, həmişə öndə gedir, Qazax rayonunun Ermənistanla sərhəd kəndlərini cəsur bir əsgər kimi qoruyurdu.

1992-ci il yanvar ayının 28-i M.Nəsibov Qazax rayonunun Quşçu Ayrım kəndində gedən mövqe döyüşləri zamanı qəhrəmancasına həlak oldu. Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 7 iyul 1992-ci il tarixli 833 saylı fərmanı ilə Nəsibov Mərfət Əhməd oğluna "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.
Qazax rayonunun Məzəm kəndində dəfn olunmuşdur.

Qazax rayonundakı Heydər Əliyev adına parkın giriş hissəsində adına bulaq tikilmişdir. Bulaq 2017-ci ildə əsaslı şəkildə təmir olunaraq yeni görkəmə salınmışdır. Qazax şəhərindəki küçələrdən biri onun adını daşıyır.

Elçin İSMAYIL

Qazaxda Azərbaycanın Milli Qəhrəmanı Mərfət Nəsibovun anım günü keçirilib
Qazaxda Azərbaycanın Milli Qəhrəmanı Mərfət Nəsibovun anım günü keçirilib
Qazaxda Azərbaycanın Milli Qəhrəmanı Mərfət Nəsibovun anım günü keçirilib
Qazaxda Azərbaycanın Milli Qəhrəmanı Mərfət Nəsibovun anım günü keçirilib
Qazaxda Azərbaycanın Milli Qəhrəmanı Mərfət Nəsibovun anım günü keçirilib
Qazaxda Azərbaycanın Milli Qəhrəmanı Mərfət Nəsibovun anım günü keçirilib
Qazaxda Azərbaycanın Milli Qəhrəmanı Mərfət Nəsibovun anım günü keçirilib
Qazaxda Azərbaycanın Milli Qəhrəmanı Mərfət Nəsibovun anım günü keçirilib


Facebook-da paylaş