• Təqvim

  • Maraq



Millət vəkili Ülviyyə Ağayeva Qazaxda həkim və tibb məntəqələrində yaradılan şərait və vətəndaşlara göstərilən xidmətlərlə tanış olub


Milli Məclisin deputatı Ülviyyə Ağayeva bütün sahələrə olduğu kimi, səhiyyə sahəsini də daim diqqət mərkəzində saxlayır, vətəndaşlara bu sahədə göstərilən tibbi xidmətlərlə maraqlanır. 

Millət vəkilinin Qazax rayonunun Çaylı və Alpout həkim məntəqələrində, Abbasbəyli tibb məntəqəsində olması, tibb işçiləri ilə görüşməsi, vətəndaşlara göstərilən tibbi xidmətlərlə maraqlanması səhiyyə sahəsinə olan qayğının bariz nümunəsidir.

Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənovanın, “Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Sevda Məmmədovanın iştirakı ilə keçirilən baxış zamanı tibb ocaqlarında olan mövcud vəziyyət diqqətə çatdırılıb.

“Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Sevda Məmmədova hər üç tibb məntəqəsində vətəndaşlara tibbi xidmət göstərmək üçün lazımi şərait yaradıldığını bildirib. 

Millət vəkili Ülviyyə Ağayeva vətəndaş məmnunluğunu təmin etməyin hər bir dövlət məmurunun, eləcə də bütün sahələrdə çalışan şəxslərin borcu olduğunu söyləyib. Bütün sahələrdə olduğu kimi səhiyyə sahəsində də bu amilin əsas götürülməli olduğunu vurğulayıb.

Çaylı həkim məntəqəsinə baxış

Alpout həkim məntəqəsinə baxış

Abbasbəyli tibb məntəqəsinə baxış



Facebook-da paylaş