• Təqvim

  • Maraq



İcra başçısı rayon xəstəxanasına gedərək bu gün minaya düşən Quşçu Ayrım kənd sakininin səhhəti ilə maraqlanıb


Oktyabrın 14-də Qazax rayonunun Quşçu Ayrım kənd sakini, 2001-ci il təvəllüdlü Sarıyev İlkin Amin oğlu Quşçu Ayrım kəndi ərazisində heyvan otararkən minaya düşərək xəsarət alıb. Hadisə nəticəsində İlkin Sarıyev sağ ayağından xəsarət alıb. Xəsarət alan şəxs rayon xəstəxanasına çatdırılıb. 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri rayon xəstəxanasına gedərək, xəsarət alan şəxsin səhhəti ilə maraqlanıblar.

“Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Sevda Məmmədova İlkin Sarıyevin əməliyyat olunduğunu və vəziyyətinin stabil olduğunu bildirib. 




Facebook-da paylaş