• Təqvim

  • Maraq



Aşağı Əskipara kənd İƏD üzrə nümayəndəliyin hesabat yığıncağı keçirilib - Qazaxda

Aşağı Əskipara kənd İƏD üzrə nümayəndəliyin hesabat yığıncağı keçirilib -
Bu gün məcburi köçkün ailələrinin məskunlaşdığı Yeni Qəsəbədə Aşağı Əskipara kənd İnzibati Ərazi Dairəsi (İƏD) üzrə nümayəndəliyin hesabat yığıncağı keçirilib.

Tədbiri giriş sözü ilə Qazax rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev açaraq məcburi köçkün ailələrini salamlayıb, yeni il münasibətilə onları bir daha təbrik edib və möhkəm cansağlığı arzulayıb. 2017-ci ildə rayonumuzda və nümayəndəlik tərəfindən görülmüş işlər barədə danışıb. Bildirib ki, rayonun Quşçu Ayrım, Qazaxbəyli, Orta Salahlı, Aşağı Salahlı, Qaymaqlı, Aslanbəyli, Daş Salahlı və Kəmərli kəndlərinə, Xanlıqlar kəndində məcburi köçkünlər üçün salınmış yaşayış massivinə və kəndin bir hissəsinə içməli su xətti çəkilmişdir.
Aşağı Əskipara kənd İƏD üzrə nümayəndəliyin hesabat yığıncağı keçirilib -
Qazax şəhəri H.Əliyev prospektində və küçələrə 6990 p/m uzunluğunda yeni bardür düzülmüş, 4272 kvadratmetr əraziyə tamet döşənmiş, küçələrə və məhəllədaxili yollara 8600 kvadratmetr asfalt örtüyü qoyulmuş və bu istiqamətdə işlər davam edir.

Qazax şəhəri ərazisində şəhidlərin xatirəsinə 4 yeni bulaq kompleksi tikilib istifadəyə verilmiş, 3 bulaq yenidən qurularaq müasir görkəmə salınmışdır. Rayonun Qazaxbəyli kəndində Milli Qəhrəman Alı Mustafayevin adına bulaq kompleksində yenidənqurma işləri aparılmış və bulaq istifadəyə verilmişdir.

“Azərxalça”ASC tərəfindən Qazax şəhərində 160 iş yerlik Xalça müəssisəsinin tikintisi başa çatmışdır.

“Azəravtoyol” ASC tərəfindən Bakı-Tbilisi avtomobil yolunu Qazax–Əskipara yolu ilə birləşdirən, uzunluğu 6 km olan 7705 nəfər əhalinin yaşadığı Çaylı kəndinin içərisindən keçən avtomobil yolunun tikintisi işləri başa çataraq istifadəyə verilmişdir. Qazax-Uzuntala avtomobil yolundan ayrılan ümumi uzunluğu 7 km olan Ermənistanla sərhəddə yerləşən 1213 nəfər əhalinin yaşadığı Böyük Cəfərli strateji əhəmiyyətli avtomobil yolunun tikintisi işləri davam etdirilir. “Körpü-Bina-Tikinti” MMC tərəfindən ümumi uzunluğu 2,5 km olan, 1711 nəfər əhalinin yaşadığı Hüseynbəyli kəndini rayon mərkəzi ilə birləşdirən avtomobil yolunun asfaltlaşdırılması işləri başa çataraq istifadəyə verilmişdir. “Körpü-Bina-Tikinti” MMC tərəfindən uzunluğu 2,65 km olan Kommuna kəndini Qazax-Quşçu Ayrım kəndi ilə birləşdirən avtomobil yolunun asfaltlaşdırılması başa çataraq istifadəyə verilmişdir.

Qazax şəhərində 25 km uzunluğunda küçədaxili yollara, kənd yaşayış məntəqələrində isə 200 km uzunluğunda kənddaxili yollara qum-çınqıl döşənmiş və bu istiqamətdə işlər davam edir.

Qazax şəhərinin mərkəzində yerləşən “Fəxri qazaxlılar” parkında yenidənqurma işləri başa çatmışdır. Parkın 4443 kv.m sahəsinə tamet döşənmişdir, 1656 p/m uzunluğunda yeni bardürlar düzülmüşdür. Yeni işıqlandırma sistemi qurulmuş, yeni oturacaqlar qoyulmuş və qazon otu, dekorativ ağac və gül kolları əkilmişdir. Rayonun görkəmli şəxsiyyətlərinə qoyulmuş 12 büst restavrasiya olunaraq müasir görkəmə salınmışdır.

Qazax şəhərindəki Ədəbiyyat Muzeyində təmir, Məhəmmədəli Qazaxlı adına güləş zalında əsaslı təmir işləri başa çatdırılaraq istifadəyə verilmişdir.

Şəhidlər Xiyabanı küçəsində, Cümə Məscidinin qabağında abadlıq işləri davam etdirilərək əraziyə tamet döşənmiş, bardür düzülmüş və işıq sistemi quraşdırılmışdır. Şəhidlər Xiyabanında rayon üzrə 285 nəfər şəhidin şəkli qara mərmər lövhəyə həkk olunmuşdur. Çaylı kəndindəki Şəhidlər Xiyabanında da əsaslı təmir işləri davam etdirilir. Çaylı və Kommuna kəndlərindən olan şəhidlərin xatirəsinə Çaylı və Kommuna kəndlərini içməli su ilə təmin edən kəhriz quyularında “Qərb-Resurs” Vətəndaş Cəmiyyətinin İnkişafına dəstək İctimai Birliyi tərəfindən 13 tonluq hovuzun tikintisi başa çataraq istifadəyə verilmişdir.

Səməd Vurğun adına parkda yenidənqurma işləri başa çatmış və park istifadəyə verilmişdir. Parkın 1922 kv.m sahəsinə yeni tamet döşənmiş, 119 p/m uzunluğunda yeni bardürlər düzülmüş, yaşıllıqlar salınmış və yeni işıqlandırma sistemi quraşdırılmışdır.

Qazax şəhərinin girişində yenidənqurma və abadlıq işləri başa çatdırılmışdır. Ağköynək kəndi ilə H.Əliyev prospektini birləşdirən yolda abadlıq işləri aparılmışdır.
Yuxarı Salahlı kəndində Səməd Vurğunun ev muzeyində əsaslı təmir işləri başa çatdırılmışdır.

İkinci Şıxlı kəndində Xalq şairi Osman Sarıvəllinin və şair Eldar Nəsiblinin qəbirüstü abidələri yenidən qurulmuş və qəbirin ətrafında abadlıq işləri aparılmışdır. “Sınıq Körpü” Gömrük Keçid Məntəqəsində yenidənqurma və abadlıq işləri yekunlaşmışdır.

Azərbaycan Respublikası Prezidentinin 20 oktyabr 2016-cı il tarixli sərəncamına əsasən Qazax şəhərində təmir işləri nəzərdə tutulmuş 24 ədəd çoxmənzilli binaların dam örtüyündə və fasad hissəsində təmir işləri başa çatmışdır. Vətəndaşların müraciətlərinə əsasən əlavə 20 çoxmənzilli binaların dam örtüyündə təmir işləri başa çatdırılmışdır. Əlavə olaraq Qazax şəhərində 34 ədəd çoxmənzilli yaşayış binalarında təmir işləri başa çatmışdır.

“Mətanət A" şirkəti tərəfindən Qazax rayonunun Daş Salahlı kəndində və “Carçıoğlu GROUP” MMC tərəfindən rayonun Xanlıqlar kəndində hər birinin illik gücü 50 min ton olan Əhəng zavodunun tikintisində son tamamlama işləri aparılır. Həmçinin, “Carçıoğlu GROUP” MMC tərəfindən rayonun Xanlıqlar kəndində illik gücü 9600 ton olan Elektrod zavodunun tikintisi davam edir.

“İnvestel GROUP” MMC tərəfindən İkinci Şıxlı kəndində tutumu 2500 ton, ölçüləri 100x16x4,5 metr olan quru anbar tikilmiş və tutumu 2160 ton, ölçüləri 72x30x8 metr olan soyuducu anbarın tikintisi davam edir. 0,80 hektar ərazidə sahəsi 300 kv.m olan iki mərtəbəli ofis binası tikiləcəkdir. Xram çayı üzərində 3 pilləli nasos stansiyasının tikintisi davam edir. 13,5 km uzunluğunda diametri 500 mm olan dəmir boru vasitəsilə su xətti çəkilmişdir. Birinci pillədə 3 ədəd nasos qurulacaq ki, bunlardan 2-si fəaliyyət göstərəcək, 1-i isə ehtiyat olacaqdır.
Aşağı Əskipara kənd İƏD üzrə nümayəndəliyin hesabat yığıncağı keçirilib -
Sahələrdə tutumu 4500 kubmetr olan bir ədəd su hovuzu inşa edilmiş, tutumu 4500 kubmetr olan bir ədəd su hovuzunun inşası davam etdirilir. Sahələrdə ümumi uzunluğu 17 km olan diametri 315 mm-lik dəmir boru və 225 mm-lik polietilen boru vasitəsilə yeraltı xətt çəkilişi davam etdirilir. 900 hektar sahənin suvarılması üçün damcı üsulu ilə və çiləmə sistemlərinin quraşdırılmasına hazırlıq işləri aparılır.

Ümumi suvarma işlərinin həyata keçirilməsi məqəsdilə quru və soyuducu anbarın işləməsi üçün elektrik çəkilişi davam etdirilir. Bu baxımdan uzunluğu 5,3 km, 7,4 və 2,3 km, cəmi 15 km uzunluğunda elektrik hava verilişi xətləri çəkilmiş, o cümlədən 2 ədəd 1000 kv-luq, 2 ədəd 600 kv-luq və 1 ədəd 1500 kv-luq transformatorlar alınmışdır.

Abbasbəyli kəndində 20 şagird yerlik modul tipli yeni ibtidai məktəb binasının tikintisi başa çatdırılmışdır.

Qazax şəhərində 3 mərtəbə və 1 mansarddan ibarət ümumi sahəsi 1800 kv.m olan 100 uşaq yerlik 1 saylı körpələr evi-uşaq bağçasının tikintisi başa çataraq istifadəyə verilmişdir.

“HGG GROUP” MMC tərəfindən rayonun Daş Salahlı kəndində 2 və 3 saylı bağçada əsaslı təmir və yenidən qurma işləri başa çatdırılmışdır. Kosalar kəndində 2 və 3 saylı körpələr evi-uşaq bağçaları, Xanlıqlar kənd körpələr evi-uşaq bağçası və Cəfərli kənd körpələr evi-uşaq bağçası əsaslı təmir olunaraq istifadəyə verilmişdir.

Daş Salahlı kəndinin abadlaşması istiqamətində genişmiqyaslı tikinti, quruculuq və abadlıq işləri aparılmışdır. Kənddə təmizlik, hasarlarda abadlıq, suvaq və rəngləmə işləri aparılmış, işıq, qaz, su, rabitə sahələrində əsaslı tədbirlər həyata keçirilmişdir. Kəndin ərazisindəki 30 kilometr uzunluğunda olan yollara çınqıl daşınıb tökülmüş və yollar hamarlanmışdır. Kənddə olan köhnə elektrik dayaqları yenisi ilə əvəz olunub və SİP kabellər çəkilmişdir. Kəndin mərkəzindən keçən Fidat Məmmədov küçəsinin 300 metr uzunluğunda olan hissəsinə yeni işıq dirəkləri basdırılıb və ərazi işıqlandırılıb. 1941-45-ci illər Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə tikilmiş abidə kompleksində əsaslı təmir işləri başa çatmışdır. Abidənin ətrafında yeni park salınmışdır. 1200 metr avtomobil yoluna asfalt-beton örtüyü qoyulmuşdur.

Kənd İnvestisiya layihəsi çərçivəsində Orta Salahlı və Qazaxbəyli kəndlərində küçələrə su çəkilişi və bulaq tikintisi, Dəmirçilər, Ürkməzli, Kosalar, Yuxarı Salahlı kəndlərində abadlıq, qəbiristanlıqlarda hasar çəkilişi, giriş darvazasının qoyulması, çardağın qurulması və ayaq yolunun tikintisi işləri başa çatmışdır.

Rayonun Ağköynək kəndində 2 ədəd, Çaylı kəndində 1 ədəd hər birinin sahəsi 1 hektar olan tərəvəzlərin yetişdirilməsi məqsədilə yeni istixana kompleksinin tikintisi başa çatmış, istifadəyə verilmişdir. Bundan başqa Yuxarı Salahlı kəndində sahəsi 1 hektar olan istixana komplekslərinin tikintisi davam edir.

Qazax şəhərinin su-kanalizasiya sisteminin yenidən qurulması üçün layihə smeta sənədləri hazırlanaraq tenderə verilmişdir.

2016-cı ildə qazılması nəzərdə tutulmuş 10 subartezian quyusundan Çaylı kəndində 3 ədəd, Daş Salahlı kəndində 3 ədəd, Orta Salahlı, Xanlıqlar, Kosalar, Canalı kəndlərinin hər birində 1 ədəd subartezian quyusu qazılaraq istifadəyə verilmişdir. 2017-ci ildə daha 6 ədəd subartezian quyusunun qazılması nəzərdə tutulmuşdur. Hazırda Alpout, Canalı, Hüseynbəyli və Birinci Şıxlı kəndlərinin hər birində 1 ədəd, Çaylı kəndində 2 ədəd olmaqla 6 ədəd subartezian quyusunun qazıntısı işləri davam edir. Eyni zamanda əvvəlki illərdə qazılmış və istifadəyə verilməmiş 11 ədəd subartezian quyusundan 10 ədədi texniki şərt alaraq balansa götürülmüş və istifadəyə verilmişdir.

Rayon ərazisində təmizlənməsi nəzərdə tutulan 270 km uzunluğu olan suvarma kanalına qarşı 274,26 km-də təmizləmə işləri aparılmışdır. 2018-ci il suvarma işlərinə hazırlıq məqsədilə yenidən bu işlərə başlanılmış və 91,71 km uzunluğunda təmizləmə işləri aparılmış, bu istiqamətdə işlər davam etdirilir.

Kənd təsərrüfatı sahəsində də mühüm işlər görülmüşdür. Belə ki, rayonda 50 hektar sahədə tütün əkilmiş, məhsuldarlıq 80,24 ton, 523 hektar sahədə çuğundur əkilmiş, məhsuldarlıq 5387 ton, 809,1 hektar sahədə kartof əkilmiş, məhsuldarlıq 22000 ton, 504,8 hektar sahədə qarğıdalı əkilmiş, məhsuldarlıq 2726 ton olmuşdur. 8289,2 hektar buğda sahəsindən 29840 ton, 2750,6 hektar arpa sahəsindən isə 6629 ton məhsul əldə olunmuşdur.

Aşağı Əskipara kənd İƏD üzrə nümayəndəliyin hesabat yığıncağı keçirilib -
Sonra Aşağı Əskipara kənd icra nümayəndəsi geniş hesabat məruzəsi ilə çıxış edərək. bildirib ki, Aşağı Əskipara kənd İƏD 3 yaşayış məntəqəsindən (Aşağı Əskipara, Bağanıs Ayrım, Xeyrımlı) ibarətdir və nümayəndəliyin ərazisində 2417 nəfər əhali yaşayır. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən və İcra Hakimiyyətinin başçısı tərəfindən rayonda yaşayan bütün şəhid ailələrinə, Qarabağ Müharibəsi Əlillərinə, Qarabağ Müharibəsi veteranlarına və imkansız ailələrə həmişə böyük diqqət və qayğı göstərilir və onların problemləri yerindəcə həll olunur. Hazırda onların heç bir problemi yoxdur.

Sonra məruzə ətrafında çıxışlar olub. Aşağı Əskipara kənd tam orta məktəbin direktoru Yaşar Əliyev, Aşağı Əskipara kənd körpələr evi-uşaq bağçasının müdiri Şəfiqə Mustafayeva, Bağanıs Ayrım kənd ibtidai məktəbin müdiri Əsgər Hüseynov, Qarabağ Müharibəsi Veteranı Əziz Həsənov, Aşağı Əskipara kənd sakini Dilarə Əliyeva və başqaları çıxış edərək onlara göstərilən hərtərəfli diqqət və qayğıya görə Ölkə Prezidenti İlham Əliyevə və rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova dərin minnətdarlıqlarını bildiriblər.

Hesabat yığıncağından sonra rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev və hesabat yığıncağında iştirak edən nümayəndələr Aşağı Əskipara kənd körpələr evi-uşaq bağçasında da olublar. Orada körpə balalara göstərilən diqqət və qayğı ilə yaxından maraqlanıblar. Bağçada körpələrə göstərilən diqqət və qayğının lazımi səviyyədə olduğu məlum olmuşdur.

Aşağı Əskipara kənd İƏD üzrə nümayəndəliyin hesabat yığıncağı keçirilib -
Aşağı Əskipara kənd İƏD üzrə nümayəndəliyin hesabat yığıncağı keçirilib -
Aşağı Əskipara kənd İƏD üzrə nümayəndəliyin hesabat yığıncağı keçirilib -
Aşağı Əskipara kənd İƏD üzrə nümayəndəliyin hesabat yığıncağı keçirilib -
Aşağı Əskipara kənd İƏD üzrə nümayəndəliyin hesabat yığıncağı keçirilib -
Aşağı Əskipara kənd İƏD üzrə nümayəndəliyin hesabat yığıncağı keçirilib -
Aşağı Əskipara kənd İƏD üzrə nümayəndəliyin hesabat yığıncağı keçirilib -
Aşağı Əskipara kənd İƏD üzrə nümayəndəliyin hesabat yığıncağı keçirilib -
GOYEZEN.AZ


Facebook-da paylaş