Qazaxda icra başçısı bir qrup əməkdaşı Fəxri Fərmanla təltif edib
Cənab Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlara göstərdikləri qayğı hər zaman onu söyləməyə əsas verir ki, ölkəmizdə bütün sahələrdə vətəndaş amilinə, vətəndaş məmnunluğuna üstünlük verilir. Prezident İlham Əliyevin səsləndirdiyi “Hər bir dövlət məmuru xalqa xidmət etməli, bu yüksək məsuliyyəti və etimadı doğrultmalıdır” dəyərli sözləri Qazax rayonunda da örnək götürülür.
Qazaxda ölkə Prezidentinin, eləcə də rayon rəhbərliyinin vətəndaş amilini əsas götürməsi hər bir dövlət məmuruna nümunədir. Qazax Rayon İcra Hakimiyyəti ilə yanaşı, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat və xidmət sahələri tərəfindən də vətəndaşlar qəbul olunur, müraciətləri dinlənilir. Ölkə Prezidentinin, rayon rəhbərliyinin vətəndaşlara olan münasibətini əldə rəhbər tutan idarə, müəssisə, təşkilat və xidmət sahələri rəhbərləri öz işlərində dövlət-vətəndaş münasibətlərinin qorunmasını, dövlətin, ölkə rəhbərinin vətəndaşa olan qayğısını olduğu kimi çatdırmağı əsas götürürlər.
Ölkə Prezidentinin, Birinci vitse-prezidentin, eləcə də rayon rəhbərliyinin vətəndaşlara göstərdikləri dövlət qayğısını əldə rəhəbər tutan idarə, müəssisə, təşkilat və xidmət sahələri rəhbərləri bu qayğını öz əməli işlərində göstərirlər. Rayonda öz vəzifəsini layiqincə yerinə yetirən, əməli işləri ilə nümunə olan idarə, müəssisə və xidmət sahələri rəhbərlərinin olması isə qürurvericidir.
2024-cü ilin 25-26 may tarixlərində yağan güclü yağışlar səbəbindən çaylarda suyun səviyyəsinin artması və daşqın nəticəsində Qazax rayonu ərazisində yaranmış fəsadların aradan qaldırılmasında xidmət sahələrində çalışan idarə müdirlərinin və onların əməkdaşlarının öz xidməti vəzifələrini layiqincə yerinə yetirmələri bu dediklərimizin bariz nümunəsidir.
İyunun 14-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov 25-26 may tarixlərində yağan güclü yağışlar səbəbindən çaylarda suyun səviyyəsinin artması və daşqın nəticəsində Qazax rayonu ərazisində yaranmış fəsadların aradan qaldırılmasında xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə Qazax rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini Hüseynov Musa Yusif oğlunu, Qazax Suvarma Sistemləri İdarəsinin rəisi Vəkilov Məhəd Moşu oğlunu, Qazax Elektrik Şəbəkəsinin rəisi Mənsimov Namaz Əli oğlunu, 8 nömrəli Regional Sukanal İdarəsinin Qazax Sukanal sahəsinin rəisi Hüseynov Alı Cəlal oğlunu Fəxri Fərmanla təltif edib, çətin və məsuliyyətli işlərində onlara uğurlar arzulayıb.
“Hər bir dövlət məmurunun vəzifə borcu vətəndaşı qəbul edib onun müraciətini dinləmək, onlara layiqli xidmət göstərərək vətəndaş məmnunluğunu təmin etməkdir”, - deyən rayon rəhbəri dövlət başçısının vətəndaş məmnunluğunun təmin olunması ilə bağlı gördüyü işlərin hər bir dövlət məmuruna nümunə olduğunu bildirib. İcra başçısı idarə, müəssisə, təşkilat, eləcə də xidmət sahələri rəhbərlərinə dövlət məmuru olaraq vətəndaşlara, xüsusilə də şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına, məcburi köçkün ailələrinə, sərhəddə yaşayan sakinlərə qarşı bundan sonra da hər zaman qayğı ilə yanaşmalı, daim diqqət ayırmalı, qaldırılan hər bir məsələyə həssaslıqla baxmalı olduqlarını qeyd edib. İcra başçısı ötən ay rayon ərazisində yaranmış fəsadların aradan qaldırılmasında xidmət sahələri rəhbərlərinin xidməti vəzifələrini layiqincə yerinə yetirmələrinin arxasında vətəndaş amilinin dayandığını qeyd edərək onlara razılığını bildirib və bu yolda uğurlar arzulayıb.
Fəxri Fərmanla təltif olunan idarə müdirləri onların əməyinə verilən qiymətə və ünvanlarına səslənən xoş sözlərə görə rəhbərlik etdikləri kollektiv adından rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Bu təltifin üzərilərinə böyük məsuliyyət qoyduğunu qeyd edərək hər zaman olduğu kimi, bundan sonra da müstəqil Azərbaycanımızın, doğma Qazaxımızın inkişafı naminə rəhbərlik etdikləri kollektivlə birlikdə böyük səylə çalışacaqlarını, əllərindən gələni əsirgəməyəcəklərini söyləyiblər. Vətəndaşlara, o cümlədən şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına xüsusi qayğı ilə yanaşacaqlarını, diqqət ayıracaqlarını, qayğı göstərəcəklərini qeyd ediblər. Həmçinin, rayonda baş verə biləcək hər hansı bir hadisənin qarşısının alınmasında üzərilərinə düşən vəzifəni bundan sonra da layiqincə yerinə yetirəcəklərini vurğulayıblar.
Facebook-da paylaş