• Təqvim

  • Maraq



Vətəndaş məktubundan: “Cənab Prezident, xalq Sizi çox sevir”


Sənan Xəlilovdan, 

Hörmətli cənab Prezident,

Zəfər seçkisində qazandığınız inamlı qələbə münasibətilə Sizi ürəkdən təbrik edirəm. Mən və ailəm Sizə səs verdik. Nəinki biz, vətəndaşlarımızın mütləq əksəriyyəti ürəkdən sevinərək öz sevimli Liderini – Sizi dəstəklədi. Sizin qalib gələcəyinizə şübhə etmirdim, çünki xalq Sizi çox sevir.

Ölkəmizə rəhbərliyiniz dövründə Azərbaycanın hər bir yanı kimi, Qazax da çox dəyişib, inkişaf edib. Əhalinin sosial rifah halı ildən-ilə yüksəlir, güzəranı daha da yaxşılaşır.

Bizim ailə Sizi hər zaman dəstəkləyib, bundan sonra da dəstəkləyəcəkdir.

Hörmətlə,

Xəlilov Sənan Çingiz oğlu

Azərbaycan Respublikası, Qazax rayonu, Canalı kəndi.

https://president.az/az/articles/view/64788



Facebook-da paylaş