• Təqvim

  • Maraq



Qazax Rayon İcra Hakimiyyəti yanında Yerli Məşvərət Şurasının üzvləri ilə görüş keçirilib


Bu gün əminliklə söyləyə bilərik ki, cənab Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gənclərə göstərdikləri qayğı, ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasəti Qazax rayonunda da nümunə götürülür. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən bu sahəni daim diqqətdə saxlaması, rayonda bilikli, savadlı, dövlətə, dövlətçiliyə sadiq, cəmiyyətdə öz mövqeyini göstərə biləcək gənclər ordusunun yetişdirilməsi istiqamətində gördüyü məqsədyönlü işlər, mütəmadi olaraq gənclərlə görüşməsi bu dediklərimizin bariz nümunəsidir. 

Dekabrın 9-da rayon rəhbərliyinin Qazax Rayon İcra Hakimiyyəti yanında Yerli Məşvərət Şurasının üzvləri ilə görüşməsi, onların qayğıları ilə maraqlanması, istək və təkliflərini dinləməsi gənclərə olan növbəti dövlət qayğısıdır. 

Qazax Rayon İcra Hakimiyyətində keçirilən görüşdə icra başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Qazax Rayon İcra Hakimiyyəti yanında Yerli Məşvərət Şurasının üzvləri iştirak ediblər. 


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov gəncləri salamlayıb, səmimi ürək sözlərini bölüşərək bugünkü görüşün məqsəd və əhəmiyyətindən danışıb. Ölkəmizdə yürüdülən gənclər siyasətindən söz açan icra başçısı bu siyasətin Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu söyləyib. Məhz Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsasının qoyulduğunu, Onun prezidentliyi dövründə ölkə gənclərinin dahi şəxsiyyətin diqqət və qayğısını daim öz üzərilərində hiss etdiklərini vurğulayıb. Rayon rəhbəri əsası Ulu Öndər tərəfindən qoyulan siyasi kursun bu gün ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini söyləyib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin Azərbaycan gəncliyinin inkişafına təkan verdiyini, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynadını vurğulayıb. İcra başçısı gənclərimizin ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Ulu Öndərin gənclər siyasətini olduğu kimi davam etdirməsini, ölkə başçısının bu addımını yüksək qiymətləndirdiklərini bildirib. İcra başçısı gənclərimizin Prezident İlham Əliyevin uğurla apardığı daxili və xarici siyasəti alqışladığını, bu siyasətin icrasında daim onun yanında olduqlarını vurğulayıb. 


Rayon rəhbəri 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsində bunun bir daha əyani şahidi olduğumuzu söyləyib. İcra başçısı qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qələbə əldə etməsində ordu sıralarında olan gənclərimizin Vətənə sevgisi, vətənpərvərlikləri qələbəmizin əsas amilinə çevrildi. Bu haqq savaşı bir daha sübut etdi ki, Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə edilmiş, öz torpağı, Vətəni uğrunda qanından keçməyə hazır olan gənclər var. Biz fəxrlə deyirik ki, tarixi qələbəmizin əldə edilməsində əsas gücü, əsas vəzifəni məhz Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə yetişən gənc nəsil yerinə yetirdi. Rayon rəhbəri fəaliyyətə başladığı ilk gündən gənclərə qayğı göstərdiyini qeyd edərək həmin qayğının bundan sonra da davam etdiriləcəyini, hər zaman onlara dəstək olmağa hazır olduğunu bildirib. İcra başçısı Qazax Rayon İcra Hakimiyyəti yanında Yerli Məşvərət Şurası üzvlərinin ötən müddət ərzində gördükləri işlərdən, şura üzvlərinin rayonda keçirilən tədbirlərdə fəal iştiraklarından, irəli sürdükləri nümunəvi təşəbbüslərdən söz açaraq bütün bunları yüksək qiymətləndirib. Ötən il Qazax Rayon İcra Hakimiyyəti yanında Yerli Məşvərət Şurası üzvlərinin təşəbbüsü ilə rayon rəhbərliyi tərəfindən sərhəd kəndi Fərəhlidə uşaqlar üçün oyun meydançasının bərpa edilməsini həmin nümunəvi işlərin əyani göstəricisi kimi qeyd edib. 


Qazax Rayon İcra Hakimiyyəti yanında Yerli Məşvərət Şurasının sədri Pəri İbrahimova və şura üzvləri gənclərə göstərdiyi qayğıya, xüsusilə də hər zaman onların təşəbbüsünü dəyərləndirərək dəstək olduğu üçün rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Rayon rəhbərliyi ilə səmimi söhbət edən və bugünkü görüşdən razı qalan gənclər öz növbələrində onlara yaradılan imkana, ən əsası da gənclərə olan dəstəyə görə ölkə başçısına, Birinci vitse-prezidentə və rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar. 

Gənclərlə səmimi söhbət əsasında keçən görüşdə onların təklifləri və qayğıları dinlənilib. Şura üzvləri tərəfindən görülməsi nəzərdə tutulan işlər, eyni zamanda, qarşıda duran vəzifələr müzakirə edilib. 

Sonda icra başçısı gənclərlə xatirə şəkli çəkdirib.

GOYEZEN.AZ



Facebook-da paylaş