• Təqvim

  • Maraq



Azərbaycan tarixinin ən sanlı səhifələrinin yazıldığı 20 il

Respublika mətbuatı Qazax haqqında


Qazax Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Prezident İlham Əliyevin 2003-cü il 15 oktyabr tarixində ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20 illiyinə həsr olunmuş "Azərbaycan tarixinin ən şanlı səhifələrinin yazıldığı - 20 il" mövzusunda tədbir keçirilmişdir. 

Tədbir iştirakçıları əvvəlcə YAP Qazax Rayon Təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsinə ehtiramlarını bildirmişlər. 

Sonra Azərbaycan Respublikasmm Dövlət Himni səsləndirilmiş, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilmişdir. 

Tədbiri Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov açaraq 2023-cü ilin əlamətdar olduğunu qeyd edərək demişdir ki, İlham Əliyevin ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 20 il ötür. İlham Əliyev bu müddət ərzində öz xalqını zamanın mürəkkəb tarixi-siyasi smaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş, qüdrətli şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirmişdir. Onun 2003-2023-cü illər ərzində uğurlu fəaliyyətinə və əldə edilmiş yüksək nailiyyətlərinə nəzər yetirərkən bunun bir daha şahidi oluruq. İcra başçısı öz çıxışında Müzəffər Ali Baş Komandan İlham Əliyevin qalib sərkərdə kimi də tanındığını vurğulamış, 2020-ci ilin 27 sentyabrında başlanan və cəmi 44 günə tarixi qələbə ilə başa çatan Vətən müharibəsində həm şanlı Azərbaycan Ordusunun, həm də Müzəffər Ali Baş Komandanın hərb tariximizdə qəhrəmanlıq dastanı yazdığını qeyd etmişdir. Bildirmişdir ki, mədəniyyət paytaxtımız olan Şuşanın azad edilməsindən sonra - 2020-ci ilin 8 noyabrında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin səsləndirdiyi "Mən bu gün, eyni zamanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim" fikirlərini bir daha yada saldı. İcra başçısı onu da qeyd etdi ki, İlham Əliyev bütün bunları təkcə bir atanın oğluna etdiyi vəsiyyət olaraq yerinə yetirmədi. Heydər Əliyevin başlatdığı siyasi kursu yüksək peşəkarlıq və uğurla davam etdirən böyük lider, həm də bir Prezident kimi xalqına verdiyi vədi yerinə yetirdi. Ona olan inamın qırılmasına nəinki imkan vermədi, əksinə, getdikcə daha da gücləndirdi. Bu gün Azərbaycan bu inamın sayəsində güclənərək inkişaf edir. 


YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev çıxış edərək keçirilən tədbirin əhəmiyyətindən söz açaraq bildirdi ki, 2003-cü ilin 15 oktyabrında keçirilmiş Prezident seçkilərində tarixin ağır sınaqlarından çıxmış müdrik xalqımız düzgün seçim edərək Heydər Əliyev siyasi kursuna, ədalətə, müstəqil Azərbaycanımızm xoş, firavan gələcəyinə, ən layiqli namizədə - İlham Əliyevə səs verməklə Ümummilli Liderə sevgisini və inamını bir daha nümayiş etdirdi. Azərbaycan xalqımn sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğuna səs verərək, ölkədə bu siyasətə altemativin olmadığını göstərdi. Ötən 20 il ərzində Azərbaycan Prezidenti İlham Əliyevin güclü liderlik keyfiyyətləri sayəsində ölkəmiz böyük tarixi qələbələr, iqtisadi uğurlar qazandı. 

Bakı Dövlət Universitetinin Qazax filialının Dil-ədəbiyyat kafedrasının müəllimi Türkan Carçıyeva, Qazax Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova, Azərbaycan Yazıçılar Birliyinin üzvü Rüfət Axundlu, Qaymaqlı kənd Folklor evinin müdiri, şair Kazım Kazımlı və başqaları çıxış edərək Prezident İlham Əliyevin 20 ildə gördüyü işlərdən, Azərbaycan xalqının firavanlığı istiqamətində həyata keçirdiyi tədbirlərdən danışmışlar. 

Sonda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına YAP Qazax Rayon Təşkilatının fəxri fərmanları və YAP sıralarına yeni qəbul olunmuş gənc partiya üzvlərinə üzvlük vəsiqələri təqdim edilmişdir. 

Sabir ƏLİYEV, 

"Azərbaycan" qəzetinin bölgə müxbiri

19 oktyabr 2023-cü il, səhifə 9

https://www.azerbaijan-news.az/uploads/documents/pdf/1-16pdf-1697670057.pdf



Facebook-da paylaş