Yüksək tələbkarlıq və nəzarət altında görülən işlər öz bəhrəsini verir
Qazax rayonunda istər tikinti-quruculuq sahəsində, istərsə də kənd təsərrüfatında genişmiqyaslı işlər həyata keçirilir. Yeni tikilən, əsaslı şəkildə təmir olunan binalarda artıq son tamamlanma işləri görülür. Kənd təsərrüfatı sahəsində isə məhsul yığımı ilə yanaşı, əkin işləri də aparılır. Yüksək tələbkarlıq və nəzarət altında həyata keçirilən bu işlər öz bəhrəsini verir.
Bu gün Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov İkinci Şıxlı, Birinci Şıxlı, Daş Salahlı, Kosalar və Xanlıqlar kəndlərində olaraq həm kənd təsərrüfatı, həm də tikinti sahəsində görülən işlərlə tanış olub.
İkinci və Birinci Şıxlı kəndlərində əkin sahələri ilə tanış olan İcra başçısına payızlıq taxıl əkini barədə məlumat verilib. Bildirilib ki, əkinə yararlı sahələr vaxtlı-vaxtında şumlanmış, bütün aqrotexniki qaydalara əməl olunmuş və toxum səpilməsi üçün hazırlanmışdır. Hal-hazırda sahələrə toxum səpilir. Məlumat verilib ki, həm torpağın şumlanması, həm də səpin aparılması üçün kifayət qədər texnika ayrılmışdır. Ona görə əkin vaxtında başa çatdırılmış, toxum səpilməsi işləri nəzərdə tutulduğu qaydada həyata keçirilir.
Sonra rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Daş Salahlı kəndinə gələrək “Mətanət A” şirkəti tərəfindən rayonumuzda tikilən Əhəng zavodunda görülən son tamamlanma işləri ilə maraqlanıb. Rayon rəhbərliyinə məlumat verilib ki, zavodun ərazisinə asfalt vurulur, yaşıllıqlar salınır və bu iş yekunlaşmaq üzrədir. Bildirilib ki, əhəng zavodu yaxın günlərdə açılışa tam hazır olacaqdır.
Sonra rayon rəhbərliyi kəndin mərkəzində əsaslı şəkildə yenidən qurulmuş Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidə-kompleksinə, 2 və 3 saylı körpələr evi-uşaq bağçasına baş çəkib. İcra Başçısı görülən işlərdən razılığını bildirərək yüksək qiymətləndirib. Rayon rəhbərliyi kəndin mərkəzi küçəsinə çəkilmiş asfalt yola da baxıb. Görülən işlərdən razı qalan rayon rəhbərliyi bir sıra tapşırıq və tövsiyələr verib.
Daha sonra İcra Başçısı Kosalar kəndinə gələrək tütün sahəsinə baş çəkib. Tütün yığımı ilə maraqlanan Rəcəb Babaşov burada çalışan zəhmət adamları ilə söhbət edərək onların əməyini yüksək qiymətləndirib. Qeyd edib ki, respublikamızda bu sahəyə diqqət artıb. Ona görə də gələn il daha çox sahədə tütün əkilməsi nəzərdə tutulub. Rayon rəhbərliyinə məlumat verilib ki, sahələrdə hələ məhsul çoxdur. Ona görə də məhsuldarlıq nəzərdə tutulduğundan yüksək olacaqdır.
Rayon rəhbərliyi Xanlıqlar kəndində əsaslı şəkildə yenidən qurulan körpələr evi-uşaq bağçasına da baş çəkib. Aparılan işlərlə tanış olan İcra Başçısı burada körpələr üçün ən yüksək şəraitin yaradılmasını tapşırıb. Bağçada görülən təmir-bərpa işləri demək olar ki, başa çatmaq üzrədir. İnşaatçılar son tamamlanma işlərini görürlər.

Elçin İSMAYIL
Facebook-da paylaş