• Təqvim

  • Maraq



Qazaxda Nəriman Nərimanov yaşayış massivində yerləşən ikimərtəbəli binaların həyətinə asfalt örtüyü vurulur


Son illər Prezident İlham Əliyev tərəfindən qəbul edilən "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqram”larına uyğun olaraq respublikamızın bölgələrində genişmiqyaslı quruculuq işləri aparılır. Son dövrlər bunu Qazaxda aparılan abadlıq işlərinin timsalında aydın şəkildə görmək olur. Xüsusilə də ölkə başçısının tapşırığına əsasən "Azərsu” ASC tərəfindən Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icrasından sonra prospekt və küçələrin asfaltlanması, səkilərə yeni tamet, bardür düzülməsi, qaz, elektrik, rabitə xətlərinin səliqəyə salınması bu dediklərimizin bariz nümunəsidir. 

Şəhərin Heydər Əliyev prospektində, Molla Pənah Vaqif, Səməd Vurğun, Azadlıq, Zeynalabdin Tağıyev, Murtuz Carçıyev, Əminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif, Məmməd Əmin Rəsulzadə, Əhməd Seyidov, Mehdi Hüseyn, Bakı, Firuddin Şamoyev, Əliağa Şıxlinski küçələrinə çəkilişdən sonra yeni asfalt örtüyü vurulub. Bundan əlavə, şəhərin Nəriman Nərimanov yaşayış massivində yerləşən 1,2,3,49 saylı, Heydər Əliyev prospektində yerləşən 61A,63,65,81,83,175,179 saylı, Azadlıq küçəsində yerləşən 31A,92,107,208,208A saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən 12,14,25,27 saylı, Əliağa Şıxlinski küçəsində yerləşən 4,5, Ələddin Qədirov küçəsində yerləşən 2,3,4 saylı, Hüseyn Arif küçəsində yerləşən "Hərbi şəhərcik” adlanan yaşayış massivində hərbçi ailələrinin yaşadığı 2,3,4,5 saylı çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq "Abad məhəllə” kimi sakinlərin istifadəsinə verilib.


Rayonda aparılan abadlıq-quruculuq işləri bu il də uğurla davam etdirilir. Təqdirəlayiq haldır ki, şəhərin küçələrində, eləcə də çoxmənzilli yaşayış binalarının həyətində səliqə-sahman yaradılır, nəqliyyat vasitələrinin və vətəndaşların rahatlığını təmin etmək məqsədilə bir sıra işlər görülür. 

Şəhərin Nəriman Nərimanov yaşayış massivində (Su-16) yerləşən, Qazax Mənzil İstismar Sahəsinin balansında olan 42,43,44,45,46,47,48 saylı ikimərtəbəli binaların həyətində aparılan abadlıq işləri və yeni asfalt örtüyünün vurulması bu dediklərimizin əyani sübutudur. 

Fevralın 14-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə şəhərin Nəriman Nərimanov yaşayış massivində (Su-16) yerləşən ikimərtəbəli yaşayış binalarının həyətində görülmüş işlərlə, asfalt örtüyünün vurulması ilə yerində tanış olub. Rayon rəhbəri işlərin keyfiyyətlə aparılmasını qeyd edərək aidiyyəti üzrə müvafiq tapşırıqlarnı verib. 




GOYEZEN.AZ



Facebook-da paylaş