• Təqvim

  • Unutma

  • Maraq



GÖYƏZƏN.AZ saytının 1 illiyi qeyd olunub

GÖYƏZƏN.AZ saytının 1 illiyi qeyd olunub
Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşovun təşəbbüsü ilə GÖYƏZƏN.AZ saytının fəaliyyətə başlamasının 1 illiyi qeyd olunub. İcra Hakimiyyətində keçirilən tədbirdə aparatın məsul işçiləri, rayonda fəaliyyət göstərən jurnalistlər və şairlər iştirak edib.
GÖYƏZƏN.AZ saytının 1 illiyi qeyd olunub
Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov tədbiri giriş sözü ilə açaraq GÖYƏZƏN.AZ saytının kollektivini fəaliyyətlərinin 1 illiyinin tamam olması münasibətilə səmimi qəlbdən təbrik edib, gələcək işlərində yeni-yeni uğurlar arzulayıb. Qeyd edib ki, 1 il öncə bu saytı yaratmaqda məqsədimiz oxuculara rayonumuzda keçirilən tədbirlər, aparılan tikinti-quruculuq və abadlıq işləri barədə tam və dolğun şəkildə məlumat çatdırmaq idi. Sevindirici haldır ki, bu gün fəaliyyətə başlamasının 1 illiyini qeyd etdiyimiz GÖYƏZƏN.AZ saytı nəinki qazaxlıların, eləcə də rayondan kənarda yaşayan yüzlərlə, minlərlə həmyerlilərimizin ən düzgün və ən operativ məlumat mənbəyinə çevrilib. Oxucular bu sayt vasitəsilə asanlıqla rayonumuzda baş verən yeniliklər barədə məlumat alır, portal sayəsində rayonumuz haqqında lazımi məlumatları əldə edirlər. Bu baxımdan GÖYƏZƏN.AZ saytının gördüyü işlər əhatəli və genişdir.
GÖYƏZƏN.AZ saytının 1 illiyi qeyd olunub
GÖYƏZƏN.AZ saytının baş redaktoru Elçin İsmayıl çıxış edərək portalın yaranmasından danışıb, ötən 1 il ərzində əldə edilən nailiyyətlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Qeyd edib ki, rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşovun təşəbbüsü və xeyir-duası ilə yaradılmış GÖYƏZƏN.AZ saytı rayonda aparılan bütün tikinti-quruculuq və abadlıq işlərini, kənd təsərrüfatının bütün sahələrini, keçirilən tədbirləri, əhalinin maddi rifah halının yaxşılaşdırılması istiqamətində görülən işləri saytda geniş şəkildə işıqlandırır. Bu səbəbdən də rayon sakinləri, rayonumuzdan kənarda yaşayan həmyerlilərimiz, izləyicilər həmin tədbirlər barədə dürüst və dəqiq məlumatlar ala bilirlər. Rayonumuzda keçirilən bütün tədbirlər, aparılan bütün tikinti-quruculuq işləri operativ olaraq portalda yerləşdirilir. Bütün bunlara görədir ki, portal bu gün ilkin məlumat mənbəyi funksiyasını yüksək səviyyədə həyata keçirir və oxucularına görülən işlər barəsində ətraflı məlumatlar verir. Görülən işlərin nəticəsidir ki, respublikamızda fəaliyyət göstərən müstəqil Kütləvi İnformasiya Vasitələri, hətta televiziyalar belə ilkin məlumat olaraq GÖYƏZƏN.AZ saytının materiallarından istifadə edilər ki, bu da olduqca təqdirəlayiq haldır. Bütün bunlar portalın nə qədər mühüm əhəmiyyət daşıdığını aydın şəkildə göstərir. GÖYƏZƏN.AZ saytı Qazaxın virtual aləmdə təmsilçisidir.
GÖYƏZƏN.AZ saytının 1 illiyi qeyd olunub
Saytın yaranmasının 1 illiyi münasibətilə tədbir keçirdiyinə görə kollektiv adından öz dərin minnətdarlığını bildirən Elçin İsmayıl portalın bundan sonra da öz işini daha da təkmilləşdirərək izləyicilərinin sayını artıracağını və rayonda aparılan tikinti-quruculuq və abadlıq işlərinin daha geniş və obyektiv işıqlandırılacağını qeyd edib.

Qazax rayon İcra Hakimiyyəti Başçısının müavini Gulaya Həsənova, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, əməkdar incəsənət xadimi, şair Barat Vüsal, şairlərdən Cavanşir Rüstəm, Tamella Poladlı, Kazım Kazımlı, Bilal Qoca, Səhlədar Hidayətoğlu, jurnalistlərdən Sərhəd Məmmədov, Nemət Novruzov, Vəkil Rüstəm, Hacı Müvəssəqi, Vəzir Pənahov, Sadəddin Həsənov və başqaları çıxış edərək GÖYƏZƏN.AZ saytının kollektivini fəaliyyətə başlamalarının 1 illiyi münasibətilə səmimi qəlbdən təbrik edib, gələcək işlərində uğurlar arzu ediblər.
GÖYƏZƏN.AZ saytının 1 illiyi qeyd olunub
GÖYƏZƏN.AZ saytının 1 illiyi qeyd olunub
GÖYƏZƏN.AZ saytının 1 illiyi qeyd olunub
GÖYƏZƏN.AZ saytının 1 illiyi qeyd olunub
GÖYƏZƏN.AZ saytının 1 illiyi qeyd olunub
GÖYƏZƏN.AZ saytının 1 illiyi qeyd olunub
GÖYƏZƏN.AZ saytının 1 illiyi qeyd olunub
Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov tədbirə yekun vuraraq saytın kollektivini bir daha səmimi qəlbdən təbrik edib, onlara öz tapşırıq və tövsiyələrini verib.

GÖYƏZƏN.AZ saytının 1 illiyi qeyd olunub
GÖYƏZƏN.AZ saytının 1 illiyi qeyd olunub
GÖYƏZƏN.AZ saytının 1 illiyi qeyd olunub
GÖYƏZƏN.AZ saytının 1 illiyi qeyd olunub
GÖYƏZƏN.AZ saytının 1 illiyi qeyd olunub
GÖYƏZƏN.AZ saytının 1 illiyi qeyd olunub
GOYEZEN.AZ


Facebook-da paylaş