Qazaxda xüsusi karantin rejimi dövründə fəaliyyəti bərpa olunan bir sıra obyektlər dezinfeksiya edilib
Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən dünyada pandemiya elan olunan
koronavirus (COVID-19) xəstəliyi ilə mübarizə sahəsində əksər dövlətlərdə
karantin rejimi tətbiq olunsa da, mövcud məhdudiyyətlər sanitar-epidemioloji
vəziyyətə uyğun olaraq yumşaldılır, karantin rejimindən mərhələli çıxış
mexanizmləri tətbiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18
aprel 2020-ci il 144 saylı qərarı ilə ölkə ərazisində tətbiq olunan xüsusi
karantin rejiminin müddəti uzadılmışdır. COVID-19 virusu ilə bağlı hazırkı
sanitar-epidemioloji vəziyyət, xüsusilə də xəstəliyin yayılma dinamikası və
coğrafiyası, karantin zonalarındakı şəxslərin sıxlığı, onlar arasında virusa
yoluxma halları təhlil edilmiş və 27 aprel 2020-ci il tarixindən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verilmişdir.
Qazaxda da ilk gündən koronavirus infeksiyasına
yoluxma hallarının qarşısının alınması istiqamətində məqsədyönlü mübarizə
tədbirləri həyata keçirilir.
Bu gün növbəti dezinfeksiya işləri Nazirlər Kabinetinin Qərarına əsasən 27 aprel 2020-ci il saat 00:00-dan etibarən fəaliyyətləri bərpa olunan dəftərxana mallarının satışı, dərzi xidmətləri, kosmetika və ətriyyat satışı, geyim satışı, ayyaqqabı və dəri məmulatlarının satışı, qızıl, digər bəzək əşyalarının satışı və lombard fəaliyyəti, mobil cihazların, ehtiyat hissələrinin və aksesuarlarının satışı və təmiri, gül və bitki məhsullarının satışı ilə məşğul olan xidmət sahələrinə məxsus obyektlərdə aparılıb. Şəhərin Heydər Əliyev prospektində yerləşən bütün obyektlər Qazax Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən koronavirus infeksiyasına qarşı suya xüsusi dezinfeksiyaedici maddələr qatılmış məhlulla əl aparatı ilə dərmanlanıb.
Məlumat üçün qeyd edək ki, bu günə kimi, istər əl aparatı vasitəsilə, istərsə də maşınla aparılan bütün dezinfeksiya işləri təlimata uyğun olaraq həyata keçirilir. Mərkəzin əməkdaşları tərəfindən Xloromin B, xlorlu əhəng və Bromosepto-DEZ adlı dezinfeksiyaedici maddələrdən istifadə olunaraq xüsusi məhlul hazırlanır. Qapalı müəssisələrdə və yaşayış binalarında əl aparatları vasitəsilə aparılan dezinfeksiya işlərində əsasən Xloromin B və Bromosepto-DEZ maddələrindən istifadə edilir. 20 litr tutumu olan əl aparatında 20 litr suya qram hesabı ilə 200 qram Xloromin B, 200 qram Bromosepto-DEZ (10 litr suya hər maddədən 100 qram olmaqla) qatılır. Maşın vasitəsilə görülən dezinfeksiya işlərində isə hər 1 ton suya 3 kiloqram hesabı ilə xlorlu əhəng əlavə olunur.
Heydər Əliyev prospektində yerləşən mobil cihazların, ehtiyat hissələrinin və aksesuarlarının satışı və təmiri mağazası
Heydər Əliyev prospektində yerləşən geyim satışı mağazası
Heydər Əliyev prospektində yerləşən ayyaqqabı və dəri məmulatlarının satışı mağazası
Heydər Əliyev prospektində yerləşən qızıl, digər bəzək əşyalarının satışı mağazası
Heydər Əliyev prospektində yerləşən kosmetika və ətriyyat satışı mağazası
Heydər Əliyev prospektində yerləşən dərzi xidməti
Heydər Əliyev prospektində yerləşən gül satışı mağazası
Heydər Əliyev prospektində yerləşən dəftərxana mallarının satışı mağazası
GOYEZEN.AZ
Facebook-da paylaş