• Təqvim

  • Maraq



İcra başçısı marketlərdə ərzaq məhsullarının mövcud vəziyyəti ilə maraqlanıb


Hər kəsə yaxşı məlumdur ki, bu gün bütün dünyada geniş yayılan koronavirus infeksiyasının (COVID-19) ölkəmizdə yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejimi elan olunub. Karantin rejminin tələblərinə, habelə sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması istiqamətində təxirəsalınmaz işlər görülür.

Respubliamızda yaranmış mövcud vəziyyətdə əhalinin, ölkə vətəndaşlarının ərzaq təminatı ilə təmin olunması, topdansatış mərkəzlərindən market və dükanlara ərzaqların çatdırılması da gündəmdə olan vacib məsələlərdən biridir. Dövlət bu sahədə də lazımi tədbirlər həyata keçirir.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Rayon Polis Şöbəsinin rəisi Ədalət Əliyevlə birlikdə rayonda fəaliyyət göstərən "Əsədoğlu” marketlər şəbəkəsinə məxsus marketlərdə olub, ərzaq məhsullarının mövcud vəziyyəti ilə maraqlanıb.


       İstər şəhər mərkəzində, istərsə də rayonun böyük yaşayış məntəqələrindən olan Daş Salahlı kəndində vətəndaşlara xidmət göstərən "Əsədoğlu” marketlərində ərzaq qıtlığı ilə bağlı heç bir halın yaşanmadığı məlum olub.

Market sahibləri ölkə ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə xüsusi karantin rejiminin tələblərinə əsasən əhalinin ərzaqla təminatı baxımından heç bir problem yaşanmadığını qeyd ediblər. Bildiriblər ki, hazırda marketlərdə un məmulatına tələbat daha çox artıb. Belə ki, vətəndaşlar xüsusi karantin rejiminin tələblərinə riayət etdiyindən çörək alınması üçün marketlərə daha az müraciət edirlər. Əhali əsasən ev şəraitində çörək bişirilməsinə üstünlük verir. Market sahibləri ərzaq məhsullarının qiymətlərində də heç bir artımın olmadığını, hətta, alıcılara 50 kq-lıq "Mehriban” adlı unun əvvəlki kimi 26 manata satıldığını vurğulayıblar.

Marketlərdə ərzaq məhsullarının çeşidi, keyfiyyəti ilə yaxından tanış olan icra başçısı ölkəmzidəki vəziyyətlə əlaqədar vətəndaşlara qarşı daha həssas olmalarını bildirib. İstər ərzaqların verilməsində, marketlərdə ərzaq bolluğunun təmin edilməsində, istərsə də qiymətlərdə daha diqqətli olmalarını tövsiyə edib.

Rayon rəhbəri vətəndaşların, eləcə də marketdə çalışanların sağlamlığı baxımından bütün gigiyenik qaydalara tam əməl olunmasını da vurğulayıb.

İcra başçısı ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimiz tərəfindən koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən qabaqlayıcı tədbirlərə hər bir vətəndaşın öz töhfəsini verməsini, dəstək olmasını bir daha qeyd edib. 



GOYEZEN.AZ



Facebook-da paylaş