• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub

31 Mart–Azərbaycanlıların Soyqırımı günü ölkəmizin hər yerində olduğu kimi Qazax rayonunda da qeyd olunub. Rayonda yerləşən bütün idarə və təşkilatlarda, təhsil, səhiyyə və mədəniyyət müəssisələrində soyqırımla bağlı anım mərasimləri, sərgilər, dəyirmi masalar, ümumtəhsil məktəblərində soyqırıma həsr olunmuş dərslər keçirilib.
]Qazaxda 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub
Rayon İcra Hakimiyyəti tərəfindən keçirilən tədbir 31 Mart- Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş rəsm sərgisinə baxışla başlayıb.

31 mart-Azərbaycanlıların Soyqırımına həsr olunmuş film nümayiş olunduqdan sonra soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qazaxda 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub
Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov tədbiri giriş sözü ilə açaraq qeyd edib ki, Azərbaycan xalqına qarşı erməni vəhşiliyinin tarixi 200 ildən də əvvələ gedib çıxır. Bu müddət ərzində ermənilər xalqımıza qarşı dəfələrlə soyqırımları törətmiş, şəhərlərimizi, kəndlərimizi xarabalığa çevirmişlər. Yüzlərlə, minlərlə azarbaycanlıları qanına qəltan edən, uşaqlara, yaşlılara, xəstələrə belə rəhm etmədən ağlasığmaz işgəncələr verən erməni qaniçənləri vəhşicəsinə öldürdükləri insanların meyitlərini təhqir etməkdən, azyaşlı uşaqları və körpələri diri-diri tonqala atmaqdan belə çəkinməmişlər.

R.Babaşov çıxışı zamanı azərbaycanlılara qarşı törədilən bu soyqırım faktının tarixi mənbələrdə və yaddaşlarda olmasına baxmayaraq Sovetlər dönəmində bu faktların geniş şəkildə ictimaiyyətə çatdırılmasına yasaq qoyulduğunu, yalnız ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra soyqırım hadisəsinə hüquqi qiymət verildiyini bildirib.
Qazaxda 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub
Sonra Qazax RİHB aparatında aparıcı məsləhətçi Müşviq Pirverdiyev, məsləhətçilər Vəfa Cəbiyeva, Ülviyyə Namazova, baş məsləhətçilər Svetlana Qurbanova, Teybə Hüseynova 31 mart-Azərbaycanlıların Soyqırımı ilə əlaqədar məruzə ilə çıxış ediblər.
Qazaxda 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub
Çıxışlarda bildirilib ki, ermənilər tərəfindən azərbaycanlıların soyqırımından 99 il ötür. Erməni millətçilərinin və onların havadarlarının son iki əsrdə azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımı siyasəti nəticəsində xalqımız ağır məşəqqətlərlə üzləşmiş, onların hüquq və azadlıqları vəhşicəsinə kütləvi surətdə pozulmuşdur. Bu mənfur siyasətin məqsədi azərbaycalıları öz tarixi torpaqlarından qovmaq, bu ərazilərdə erməni ideoloqların uydurduqları “Böyük Ermənistan” dövləti yaratmaq olmuşdur.
Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı siyasəti 1918-1920-ci illərdə daha geniş yayılmışdır.
Qazaxda 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub
Onlar Bakıda, Şamaxıda, Qubada, Muğanda, Zəngəzur qəzasında, Qarabağda, İrəvan quberniyasında və digər ərazilərdə azərbaycanlıları amansızlıqla, vəhşicəsinə qətlə yetirmişlər. Bu qanlı hadisələrin daha dəhşətlisi 1918-ci ilin martın 31-də törədilmişdir. Həmin il martın 30-da erməni–bolşevik birləşmələrinin Bakını Xəzər dənizindən yaylım atəşinə tutması ilə başlanan hadisələrin ardınca martın 31-də və aprelin 1-2-də qəddarlıqla həyata keçirilən qırğınlar kütləvi şəkil almış, silahlanmış erməni əsgərləri dinc əhalini vəhşicəsinə məhv etmişlər. Qırğınların davam etdiyi dövrdə Azərbaycan ərazisində 10 mindən çox, o cümlədən, Bakıda və ətraf kəndlərdə 30 minə yaxın azərbaycanlı amansızlıqla qətlə yetirilmiş, yaşayış binaları, məscidlər və məktəblər yandırılmışdır.
Qazaxda 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub
Lakin təəssüflər olsun ki, bu Soyqırımına uzun müddət ölkəmizdə və dünyada hüquqi-siyasi qiymət verilməmişdir. Yalnız ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların Soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanında bu hadisələrə hüquqi-siyasi qiymət verilmiş və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qaldıqları ilk dəfə rəsmi olaraq bildirilmişdir.
Qazaxda 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub
Çıxış edənlər Ermənistanın 1988-ci ildə başladığı növbəti təcavüz nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, eləcə də ona bitişik yeddi rayonu işğal etdiyini, beləliklə, ölkəmizin 20 faiz ərazisinin zəbt olunduğunu, yüz minlərlə soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü, eləcə də Qazax rayonunun 7 kəndinin erməni işğalçıları tərəfindən dağıdıldığını, Xocalı soyqırımında olduğu kimi Qazax rayonunun Bağanıs Ayrım kəndində Dadaş Əsliyevin 4 nəfərdən ibarət ailə üzvünün və 3 nəfər kənd sakininin ermənilər tərəfindən diri-diri yandırıldığını bildiriblər.
Qazaxda 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub
Tədbirdə Azərbaycan xalqının mənəviyyatına, milli qüruruna və mənliyinə böhtanlar atan, siyasi və hərbi təcavüz həyata keçirən ermənilərin bu vəhşiliklərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında ölkə başçısının gördüyü işlərdən danışılıb və daha sonra bildirilib ki, Prezident İlham Əliyevin yeritdiyi düzgün və məqsədyönlü siyasət nəticəsində Azərbaycanın ərazi bütövlüyü tam bərpa ediləcək, qaçqın və məcburi köçkün ailələri öz doğma yurdlarına qayıdacaqlar və Azərbaycanlıların Soyqırımına bütün dünyada hüquqi-siyasi qiymət veriləcəkdir.
Qazaxda 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub
Tədbirdə şəhər 1 saylı uşaq musiqi məktəbinin III sinif şagirdi İsmayıl Əmiraslanov və V sinif şagirdi Ülkər Əliyeva Soyqırıma həsr olunmuş şeirlər söyləyiblər.

Elçin İSMAYIL


Facebook-da paylaş