Prezident Administrasiyasının məsul işçiləri Qazaxda vətəndaşları qəbul ediblər
Respublika Prezidenti cənab İlham Əliyevin tapşırığına
əsasən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçilərinin
respublikanın bir sıra şəhər və rayonlarında vətəndaşların qəbulu cədvəlinə
uyğun olaraq, sentyabrın 26-da Mingəçevir şəhərində, Ağdaş, Hacıqabul, Kürdəmir və Qazax rayonlarında vətəndaşlarla görüşlər
keçirilib. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
məsul işçiləri tərəfindən Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Qazaxda keçirilən görüşdə sakinlərin
qaldırdıqları məsələlər diqqətlə dinlənilib. Müraciətlərin əksəriyyəti yerindəcə həllini tapıb, digər müraciətlərin operativ
araşdırılması və qanunvericiliyə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib. Görüşlərdə qeyd olunub ki, Prezident İlham Əliyevin də
dediyi kimi, yürüdülən siyasətin təməlində Azərbaycan vətəndaşı, əhalinin
sosial rifah halının yaxşılaşdırılması dayanır. Son vaxtlarda imzalanan fərman
və sərəncamlar, sosial-iqtisadi sahədə aparılan islahatlar dövlət başçısının əhalinin
sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi
tədbirlərin davamıdır. Həmçinin görüşlərdə məmur-vətəndaş münasibətlərinin
sağlam zəmində qurulması, insanlara layiqli xidmət göstərilməsi, etik davranış
qaydalarına əməl olunmasının vacibliyi bir daha vurğulanıb. Vətəndaşlar bu cür qəbulların təşkilinə,
problemlərinin həllinə göstərilən diqqətə görə Azərbaycan Respublikasının
Prezidentinə minnətdarlıqlarının çatdırılmasını xahiş ediblər. GOYEZEN.AZ
Facebook-da paylaş